YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qubernator: Aydaho ştatı Azərbaycan ilə əməkdaşlığın inkişafında maraqlıdır

Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev ABŞ-ın Aydaho ştatının qubernatoru Clement Leroy “Butç” Otterin dəvəti ilə noyabrın 22-24-də bu ştatda səfərdə olub.

Səfər çərçivəsində baş konsulun qubernator ilə görüşündə Azərbaycan və Aydaho ştatı arasında müxtəlif sahələrdə, xüsusilə kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları, təhsil və mədəniyyət üzrə əməkdaşlıq imkanları müzakirə edilib.

Müstəqilliyinin bərpasından sonra Azərbaycanın keçdiyi inkişaf yolu barədə qubernatora məlumat verən N.Ağayev Aydaho ştatı ilə Azərbaycanın münasibətlərinin inkişafı üçün böyük potensialın olduğunu qeyd edib.

Diplomat, həmçinin Azərbaycanın qədim tolerantlıq və multikulturalizm ənənələri barədə söz açaraq bu gün ölkəmizdə müxtəlif dinlərin və millətlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadıqlarını diqqətə çatdırıb. Baş konsul son dövrlərdə dünyanın müxtəlif yerlərində artan dini-etnik dözümsüzlük və zorakılıqlar fonunda Azərbaycanın uğurlu tolerantlıq modeli nümayiş etdirdiyini və artıq özünü kifayət qədər təsdiq etmiş bu modelin beynəlxalq ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılandığını vurğulayıb.

Qubernator Aydaho ştatının Azərbaycan ilə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.

Səfər çərçivəsində baş konsul Aydaho ştatının digər rəsmiləri, həmçinin yerli icma nümayəndələri və müxtəlif media təmsilçiləri ilə də görüşüb.