YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Parisdə Azərbaycan Mədəniyyət Mərkəzinin təqdimatı keçirilib

Parisdə Heydər Əliyev Fondunun və Fransadakı səfirliyimizin dəstəyi ilə yaradılan Azərbaycan Mədəniyyət Mərkəzinin və ona həsr edilmiş kitabın noyabrın 24-də təqdimat mərasimi keçirilib.

Səfir Elçin Əmirbəyov mərasimdə çıxış edərək Azərbaycan ilə Fransa arasında tərəfdaşlığın siyasi, iqtisadi və mədəniyyət sahələrində inkişafından danışıb.

O, səfirliyin əsas missiyasının ölkəmizin tarixini, mədəniyyətini, adət-ənənələrini tanıtmaqdan ibarət olduğunu bildirib.

Ölkəmizin mədəni irsin qorunub saxlanmasına böyük önəm verdiyini vurğulayan E.Əmirbəyov Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Strasburq Kafedral kilsəsinin, Versal Sarayının, Fransanın müxtəlif regionlarında tarixi abidələrin bərpasında iştirak etdiyini diqqətə çatdırıb. Fondun dəstəyi ilə Fransanın müxtəlif regionlarında və şəhərlərində Azərbaycan mədəniyyət günlərinin keçirildiyi qeyd edilib.

1904 -1911-ci illərdə Pierre Humber və onun oğlu Moris Humber tərəfindən tikilən bu tarixi binanın Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzi seçilməsinin təsadüfi olmadığı diqqətə çatdırılıb. Mərkəzdə ölkəmizi tanıdan müxtəlif tədbirlər, konsertlər, sərgilər təşkil olunduğu bildirilib. Bu Mərkəzin mədəniyyətlərin mübadiləsinə xidmət edəcəyi vurğulanıb.

Sonra Ksavye Piloton Mərkəzdə aparılan bərpa işləri haqqında ətraflı məlumat verib.

Çıxışlardan sonra qonaqlar Azərbaycan mədəniyyətinə dair eksponatların sərgiləndiyi zallarla tanış olublar.

Sonda gənc caz ustası, pianoçu Etibar Əsədlinin ifasında Azərbaycan musiqisi səsləndirilib.