YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Həmkarlar İttifaqlarının yaranmasının 110 illiyi münasibətilə yubiley tədbiri keçirilib

Bu gün Azərbaycan Həmkarlar İttifaqlarının yaranmasının 110 illiyi münasibətilə yubiley tədbiri keçirilib.

Tədbirdə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev, müxtəlif dövlət qurumlarının nümayəndələri, bir sıra ölkələrin həmkarlar ittifaqları konfederasiyalarının rəhbərləri və digər qonaqlar iştirak edib.

Tədbiri giriş sözü ilə açan S.Mehbalıyev Azərbaycanda həmkarlar ittifaqlarının yaranma tarixi və keçdiyi inkişaf yolu barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

S.Mehbalıyev bildirib ki, ümummilli lider Heydər Əliyevin xalqın arzusu və tələbi ilə hakimiyyətə qayıdışı ölkənin gələcəyi ilə bağlı qeyri-müəyyənliyi aradan qaldırdı. Qeyd olundu ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının müstəqil qurum kimi formalaşması da məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

S.Mehbalıyev vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin sosial-iqtisadi inkişaf strategiyasına sadiq olan Azərbaycan Prezidenti İlham Əliyevin həmkarlar ittifaqlarının sosial-iqtisadi məsələlərlə bağlı mövqeyini dəstəkləməsi və bu sahədə mühüm qərarlar qəbul etməsi həmkarlar ittifaqlarının yeni tarixində xüsusi rol oynadı.

Tədbirdə Prezident İlham Əliyevin sərəncamı ilə təltif olunan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası əməkdaşlarına fəxri adlar təqdim olunub.

Tədbirin sonunda yubiley iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunub. Müraciətdə Prezident İlham Əliyevə Azərbaycanda həmkarlar ittifaqlarının inkişafına göstərdiyi diqqət və qayğıya görə minnətdarlıq ifadə olunub və AHİK-in bütün üzvlərinin dövlət başçısının ölkəmizin dayanıqlı inkişafı istiqamətində yürütdüyü siyasətinə dəstək verdiyi bildirilib.

 

DİGƏR Xəbərlər Arxiv