YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev Fondunun Afinada təşkil etdiyi konsert barədə xəbərlərə Yunanıstan mətbuatında geniş yer verilmişdir

Heydər Əliyev Fondunun Afinada təşkil etdiyi konsert barədə xəbərlərə Yunanıstan mətbuatında geniş yer verilmişdir.

Yunanıstanın geniş tamaşaçı auditoriyası olan Meqa TV-də də konsert barədə videosüjet yayımlanmışdır.

Materiallarda Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Yunanıstandakı səfirliyinin dəstəyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestrinin Afinada keçirilən konsertinin yunan tamaşaçıları tərəfindən böyük maraqla qarşılandığı bildirilir.

Meqa TV-də yayımlanan videosüjetdə diqqətə çatdırılır ki, Azərbaycan mədəniyyətinin qədim tarixi vardır və hazırda dünyanın zəngin mədəniyyətlərindən biridir. Heydər Əliyev Fondu və onun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bu sahədəki xidmətləri isə misilsizdir.

Bildirilir ki, yunanlar Azərbaycan incəsənətinə böyük maraq göstərirlər və elə Afinanın “Meqaro Muzikis” Mədəniyyət Kompleksinə olan tamaşaçı axını da bunun sübutu idi. Həmçinin Azərbaycan bəstəkarlarının, dünya şöhrətli musiqiçilərin əsərləri ilə yanaşı, yüksək texnika və məharətlə səsləndirilmiş muğam və mahnıların yunan tamaşaçıları tərəfindən sürəkli alqışlarla qarşılandığı vurğulanır.

Azərbaycan və yunan mədəniyyətlərində oxşar cəhətlərin də olduğu diqqətə çatdırılan süjetdə ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin müxtəlif sahələrdə getdikcə gücləndiyi də qeyd edilir. 

DİGƏR Xəbərlər Arxiv