YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyevin Parisdə çıxışı Misir KİV-lərində geniş işıqlandırılır

Azərbaycan Prezidenti İlham Əliyevin Parisdə, UNESCO-nun Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumunda çıxışı Misirin bır sıra KİV-lərində geniş işıqlandırılır.

Parisdə UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumu keçirilib.

Nüfuzlu “Əl-Dostor”, “Youm7” nəşrləri və digər yerli KİV-lər oxucuların diqqətini Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatına cəlb edir. Prezident qeyd edir ki, terrorizmin heç bir dinə, milli mənsubiyyətə aidiyyəti yoxdur və İslamı terrorizmlə əlaqələndirmək tamamilə qəbuledilməzdir.

Azərbaycan dövlətinin başçısının bu sözləri sitat gətirilir: “Mən müsəlman ölkəsini, erməni terrorizmindən, işğalından, tarixi abidələrinin məhv edilməsindən əziyyət çəkən bir ölkəni təmsil edirəm. Əlbəttə ki, biz torpaqlarımıza qayıdacağıq, şəhərlərimizi bərpa edəcəyik, orada yeni məktəb və xəstəxanalar inşa edəcəyik, lakin tarixi abidələrimizi bərpa edə bilməcəyik”.

İ.Əliyev xüsusi vurğulayıb ki, Azərbaycanın 600-dən çox tarixi və memarlıq abidəsi erməni silahlı qüvvələri tərəfindən tamamilə məhv edilmişdir. Daxilində 40 min eksponat sərgilənən 22 muzey məhv edilmişdir. Buna baxmayaraq, siz bu gün Bakının mərkəzində Azərbaycan hökuməti tərəfindən bərpa olunmuş erməni kilsəsini görə bilərsiniz. Azərbaycan Prezidenti deyib: “Bu, multikulturalizmə olan yanaşmada bir fərqdir, bu, dini tolerantlığa olan yanaşmada bir fərqdir”.

Daha sonra Prezident İlham Əliyevin bu sözləri sitat gətirilir ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin Ermənistan tərəfindən işğalı bu günə kimi davam edir. Ermənistan tərəfindən yürüdülən etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Misir KİV-ləri Azərbaycan Prezidenti İlham Əliyevin bu sözlərini sitat gətirir: “Ermənistan ... aparıcı beynəlxalq təşkilatların qərarlarına və qətnamələrinə məhəl qoymamaqla nəinki beynəlxalq hüquq normalarını, həm də tarixi ədaləti pozur... Mən əminəm ki, Azərbaycan bütün dünya tərəfindən tanınan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir”.