YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev ABŞ dövlət katibinin köməkçisinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini xanım Bridcet Brinkin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bridcet Brink ABŞ və Azərbaycan prezidentlərinin ikitərəfli münasibətlərimizlə bağlı apardıqları müzakirələrdən sonra Prezident İlham Əliyevlə görüşmək imkanı əldə etmələrini yüksək dəyərləndirdi. Əvvəllər də Azərbaycana səfər etdiyini bildirən xanım Bridcet Brink paytaxtımızda gedən müsbət dəyişikliklərin onlarda dərin təəssürat yaratdığını dedi.

Dövlətimizin başçısı G20-nin Antalya toplantısında ABŞ Prezidenti Barak Obama ilə ikitərəfli əlaqələrimizin inkişafı ilə bağlı fikir mübadiləsi apardıqları zaman ABŞ Prezidentinin 10 il bundan əvvəl senator kimi Azərbaycana səfərini xatırladığını məmnunluqla qeyd etdi. Ölkələrimizin müxtəlif sahələrdə uzun illərdir ki, uğurla əməkdaşlıq etdiyini deyən Prezident İlham Əliyev enerji və regional təhlükəsizlik, iqtisadi inkişaf və digər sahələrdə əlaqələrimizin əhəmiyyətini xüsusi vurğuladı.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, Azərbaycanla ABŞ arasında əlaqələrin enerji, iqtisadi şaxələndirmə, ticarət, təhsil, kənd təsərrüfatı, birgə layihələr, terrorizmə qarşı mübarizə, insan haqları və demokratiya və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.