YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əbülfəs Qarayev: İSESCO-nun fəaliyyətində böyük uğurların əldə olunmasında Azərbaycanın əhəmiyyətli rolu olub

Son illərdə İSESCO-nun fəaliyyətində böyük uğurlar əldə edilib və çox sevindirici haldır ki, Azərbaycanın da bu uğurların əldə olunmasında əhəmiyyətli rolu olub.

Bunu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İSESCO İcraiyyə Şurasının Bakıda keçirilən 36-cı sessiyasında çıxışı zaman deyib.

Ə.Qarayev bildirib ki, İSESCO-nun Azərbaycanda keçirilən tədbirlərinin böyük əhəmiyyəti var.

Nazir bildirib ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın İSESCO-nun xoşməramlı səfiri elan edilməsi Azərbaycan ilə İSESCO arasında yüksək əməkdaşlığın bariz nümunəsidir.

Ə.Qarayev Dağlıq Qarabağ münaqişəsində İSESCO-nun Azərbaycanın mövqeyini dəstəklədiyini də diqqətə çatdırıb və buna görə təşkilata təşəkkürünü bildirib: “Azərbaycanın ən böyük və ağrılı problemində İSESCO birmənalı olaraq Azərbaycanın mövqeyini dəstəkləyir və bu, İSESCO-nun bütün üzvlərinin mövqeyini əks etdirir”.

Nazir bildirib ki, İSESCO-nun fəal mövqeyi İslam mədəniyyətinin, təhsilinnin səviyyəsini dünya miqyasında sübut etməyə və İslam dininin sülhsüvər bir din olduğunu dünyaya çatdırmağa imkan verir.