YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Əldə olunan bütün nailiyyətlərdə Yeni Azərbaycan Partiyasının böyük rolu var

«Ölkə ictimaiyyəti bu günlərdə çox əlamətdar, tarixi günlər yaşayır. Müasir, müstəqil Azərbaycan dövlətinin tarixində mühüm yeri olan Yeni Azərbaycan Partiyasının yaranmasının 23-cü ildönümüdür. Tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycan dövləti ilə paralel addımlayıb, partiyamızın yaşı, demək olar ki, müstəqil dövlətimizin yaşı qədərdir». Bu fikirləri YAP Nəsimi rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, bu gün Azərbaycanda bütün sahələr üzrə, - istər daxili siyasətdə, istərsə də beynəlxalq siyasətdə, - əldə olunan nailiyyətlərdə Yeni Azərbaycan Partiyasının böyük rolu var. Onun sözlərinə görə, bu nailiyyətlərin qazanılmasında hər bir partiya üzvümüzün böyük əməyi var.

«Bütün bu xidmətlər Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq və gələcək nəsillərə çatdırılacaq. Bu gün Yeni Azərbaycan Partiyası milli siyasi iradəni təmsil edən, xalqımızın milli maraqlarını ifadə edən vahid və avanqard siyasi qüvvəyə çevrilib. Yeni Azərbaycan Partiyası təkcə ölkəmizin deyil, həm də regionun ən mütəşəkkil və güclü siyasi təşkilatıdır. Ulu öndər Heydər Əliyevin ideyalarına sadiq olan və bu ideyalar əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin Sədrliyi ilə böyük inkişaf yolu keçib»- deyə, M.İbrahimqızı vurğulayıb.