YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin Mustafayev: Azərbaycan Türkiyədə xarici sərmayədarlar sırasında liderdir

«Ümummilli lider Heydər Əliyevin uzaqgörən inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın və Türkiyənin iqtisadi inkişafı istiqamətində böyük imkanlar yaradıb». Bu fikri iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev deyib.

Ş.Mustafayev bildirib ki, qardaş ölkələr arasında iqtisadi əlaqələr dinamik inkişaf edir. Onun sözlərinə görə, siyasi əlaqələr də strateji müttəfiqlik səviyyəsindədir.

«Ümumilikdə, Azərbaycan ilə Türkiyə arasında 180-ə yaxın, o cümlədən iqtisadi sahədə sərmayələrin təşviqi və qarşılıqlı qorunması, ikiqat vergitutma, gömrük sahələrində sazişlər daxil olmaqla 40 ikitərəfli sənəd imzalanıb. 2013-cü ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 1,99 milyard ABŞ dolları səviyyəsində olub. Türkiyənin Azərbaycanda əsas kapitala yatırdığı sərmayənin məbləği 2,6 milyard dollar təşkil edib. Bu, ölkəmizdəki xarici sərmayənin 6,5 faizini təşkil etməklə, beşinci yerə sahib olmaqdır. Azərbaycanın qeyri-neft sektorunda Türkiyə sərmayəsinin payı 1,9 milyard dollar təşkil edir ki, bu da xarici sərmayələrin 25,5 faizi olmaqla birinci yer deməkdir. Azərbaycanın isə Türkiyədə yatırdığı sərmayənin məbləği 5 milyard dollara yaxın olub. Türkiyədə xarici sərmayədarlar sırasında lider olan Azərbaycan 2018-ci ilədək qardaş ölkəyə yönəltdiyi investisiyanın məbləğini 17 milyard dollara çatdırmaq niyyətindədir»- deyə, nazir vurğulayıb.