YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ramin Məmmədov: Gənclərimiz təhsil aldıqları ölkələrdə Azərbaycanı layiqincə təbliğ edirlər

«Azərbaycan gəncliyi beynəlxalq müstəvidə ölkəmizi layiqincə təmsil edir. Hazırda minlərlə gəncimiz xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil alır ki, bu da çox mühüm göstəricidir». Bu fikirləri YAP Gənclər Birliyinin sədr müavini, Dünya Azərbaycanlı Gənclər Birliyinin sədri Ramin Məmmədov deyib.

 R.Məmmədov bildirib ki, gənclər təhsil aldıqları ölkələrdə Azərbaycanı layiqincə təbliğ edirlər.

 «Azərbaycanda əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti bu gün də uğurla davam etdirilir, qətiyyətlə həyata keçirilir. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev fəaliyyətində gəncliyin inkişafına xüsusi diqqət yetirir. Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycan gəncləri dövlətimizi beynəlxalq müstəvidə də layiqli təmsil edirlər», - deyə, R.Məmmədov qeyd edib.