YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Cəmiyyətimiz ölkədə həyata keçirilən islahatları və korrupsiyaya qarşı mübarizə tədbirlərini alqışlayır

   Milli Məclisin deputatı Azər Badamov

- Azər müəllim, bu gün ölkəmizdə koronavirus pandemiyasına qarşı ciddi mübarizə aparılır. Bu istiqamətdə görülən işlərin əhəmiyyəti haqqında fikirlərinizi bilmək istərdik...

- Bu gün koronavirus pandemiyası ümumbəşəri bəlaya çevrilmişdir. Dünyanın inkişaf etmiş ölkələri bu xəstəlik qarşısında aciz qalmışdır. Ümumi dünya statistikasına diqqət yetirsək görərik ki, dünyada bu günə qədər koronavirusdan 300 mindən çox insan dünyasını dəyişmişdir. Biz isə bu xəstəliyin yayılmasını ölkəmizdə nəzarət altında saxlaya bildik. Xəstəliyin yayılma və ölüm hallarının  aşağı səviyyədə saxlaya bilməyimizin əsasında dövlət başçımızın tapşırığı ilə vaxtında atılmış addımlar dayanır. ÜST koronavirusu qlobal pandemiya elan edəndən dərhal sonra biz ÜST-lə sıx əməkdaşlıq etdik. Ölkədə ciddi karantin rejimi tətbiq olundu, test nümunərinin analizi üçün müasir laborotoriyalar gətirildi, 20-dən çox xəstəxana pandemiyadan müalicəyə istiqamətləndirildi. Nazirlər Kabinetinin yanında Operativ Qərargah yaradıldı və gündəlik yoluxmaların dinamikasını təhlil edərək çox düzgün qərarlar qəbul olundu. Cənab Prezidentin sərəncamı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. Ölkə başçısının sərəncamı ilə TƏBİB-ə bu məqsədlər üçün müasir avadanlıq və tibb vasitələrin idxal ediməsinə 97 milyon manat vəsait ayrıldı. Qısa bir zamanda tibbi spirt, tibbi maska və xüsusi kombenizonların istehsalı sahələri yaradıldı. İnsanların hərəkətinə məhdudiyyətlər tətbiq olundu və s.

 Ümumi olaraq qeyd etmək istəyirəm ki, qısa zaman kəsiyində COVİD 19-la mübarizəyə dövlətin bütün resursları səfərbər olundu. Məhz bunun göstəricisidir ki, biz Azərbaycanda pandemiyanın yayılma tempini azaldaraq yoluxmaları aşağı səviyyədə saxlaya bildik. ÜST bu gün pandemiyaya qarşı görülən tədbirlərin effektivliyinə görə Azərbaycanı nümunə göstərir.

- Hazırki şəraitdə cəmiyyətdə vətəndaş həmrəyliyinin əhəmiyyəti nədən ibarətdir?

- Koronavirusa qarşı mübarizədə effektiv nəticələrin əldə olunması üçün ancaq dövlətin səfərbər olunmağı kifayət etmir. Bu müharibədə mütləq şəkildə dövlətlə xalq əl-ələ verərək bir yerdə vuruşduqda qalib gəlmək mümkündür. Yəni, hər bir hərəkətdə ümummilli həmrəylik birinci yerdə dayanır. Bu həmrəylik pandemiyanın yayılma zəncirinin qırılmasında özünü göstərməli, həm də müəyyən məqamlarda nümayiş olunmalıdır. Pandemiyaya qarşı mübarizədə xalqdan ilk növbədə tələb olunan sosial məsafənin gözlənilməsi, şəxsi gigeyinik qayadalarına riayət olunması, tibbi maskanın taxılması və evdə qalmasıdır. Belə baxanda, bu ürək açan olmasa da o qədər də çətin tələblər deyil. Əgər biz pandemiyaya qalib gəlmək istəyiriksə bu işə səbrlə yanaşmalıyıq və həmrəylik nümayiş etdirməliyik. Koronavirus pandemiyası insanlarımızın həmrəyliyinin yoxlanılması üçün bir sınaq oldu.

Cənab Prezident Koronavirusla Mübarizəyə Dəstək Fondu yaratdı və bu fonda dövlət büdcəsindən 20 milyon manat vəsait ayırdı. Sonra isə cənab Prezident və Birinci vitse-prezident bir illik əmək haqlarını bu fonda ianə etdi. Ardınca, ölkədə vətəndaşlarımızın böyük həmrəyliyinin şahidi olduq . İnsanlar öz maddi imkanları daxilində fonda ianələr etməkdə davam etməkdədir və bu gün fondun vəsaitləri 113 milyonu keçmişdir. Həm də sosial vəziyyəti aşağı olan ailələrə imkanlı şəxslər tərəfindən ərzaq və gündəlik tələbat mallarının yardımlarında bir həmrəyliyini gördük. Sevindirici haldır ki, xalqımız çətin anlarda birləşə bilir və vətəndaş həmrəyliyini nümayiş etdirir.

- Məlumdur ki, pandemiya dünya ölkələrinin sosial-iqtisadi həyatına ciddi təsir edib. Bu baxımdan, ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi yönündə işləri necə dəyərləndirirsiniz?

- Çox düzgün qeyd edirsiniz ki, pandemiya dünya ölkələrinin sosial-iqtisadi həyatına ciddi mənfi təsir göstərmişdir. İlin əvvəlində 2020-ci ildə dünya iqtisadiyyatının 7%-ə qədər artacağı proqnozlaşdırıldığı halda, indi mənfi 0,3%-ə enəcəyi haqqında məlumatlar açıqlanır. Pandemiya dünyada ölkələrarası əlaqələrin məhdudlaşdırılmasına, bir çox istehsal sahələrinin bağlanmasına, işsizliyin artmasına və əhalinin sosial rifahının pisləşməsinə gətirib çıxarmışdır. Həm də, dünya bazarında neftin qiymətində kəskin azalmalar baş vermiş, bu da neft istehsalçısı olan ölkələrin gəlirlərini kəskin azaltmışdır.

Təbii ki, Azərbaycan da neft istehsalçısı olduğundan bizim neft gəlirlərimiz də azalmışdır. Amma ölkə başçımızın uzaqgörən siyasəti sayəsində çətin dövrlərdə ölkədə iqtisadi fəallığının qorunması və sosial dəstək tədbirlərinin həyata keçirilməsi üçün ehtiyat yastığını yarada bilmişik. Həm də bu illər ərzində qeyri–neft sektorunun inkişafında irəliləyişlərə nail olmuşuq. Yola saldığımız 4 ayda ölkəmizdə iqtisadi artım 0,2%, qeyri-neft sənayemiz 13% artmışdır. İlin sonuna qədər bizdə də iqtisadi artımın aşağı enəcəyi gözləniləndir. Amma bütün bunlara baxmayaraq, biz pandemiyanın təsirlərini minimumlaşdırmaq məqsədi ilə ölkədə iqtisadi fəallığının bərpa edilməsinə və əhalinin sosial rifahına dövlət dəstəyi proqramlarını icra edirik. Bu, pandemiyanın birbaşa təsir göstərdiyi sahələrə iqtisadi dəstəyinin göstərilməsini özündə ehtiva edir.

Fəaliyyətləri dayanmış sahibkarlıq subyektlərinə onların dövlət büdcəsinə ödədiyi vergilərin səviyyəsinə görə bir dəfəlik maliyyə dəstəyi göstərilir. Həm də, həmin müəsisisələrdə iş yerlərinin bağlanmaması üçün karantin müddətində əmək haqlarının 250-712 manat intervalında dövlət büdcəsindən ödənilməsi həyata keçirilir. Dövlət sektorunda əmək fəaliyyətinə məhdudiyyət qoyulmuş 910 min şəxsin, qeyri-neft sektorunda isə 710 min şəxsin əmək haqları dövlət büdcəsi hesabına ödənilir. Bununla yanaşı iki ay ərzində 600 min işləməyən şəxsə 190 manat vəsait ödənilir. 90 min ödənişli ictimai iş yerləri yaradılmışdır. Ünvanlı sosial yardımı proqramının əhatə dairəsi genişləndirilmişdir. Özünəməşğulluq proqramına cəlb olunacaq ailələrin sayının  12 minə çatdırılması nəzərdə tutulur. Ahıl şəxslərə sosial xidmət təşkil olunmuş, aztəminatlı ailələrdə olan tələbələrin təhsil haqlarının ödənişini dövlət öz üzərinə götürmüşdür. Ümumilikdə sosial –iqtisadi proqramlarının həyata keçirilməsinə dövlət büdcəsində 3,5 milyard manat vəsait ayrıldı. Onu da qeyd etmək istəyirəm ki, pandemiyanın təsirlərini minimuma endirmək və əhalinin sosial –iqtisadi rifahına dövlət dəstəyi proqramların həcminə görə Azəırbaycan regionda lider ölkədir. Bu gün demək olar ki, hər bir vətəndaşımız bu proqramlardan yaralanır və çox yüksək dəyərləndirirlir. Xalq bir daha hiss etdi ki, dövlət hər zaman onun yanındadır. Cənab Prezidentə hər gün ünvanlanan təşəkkür məktubları da xalqın Prezidentinin siyasətindən məmnunluğun ifadəsidir.

- Azərbaycanda bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı islahatlar həyata keçirilir, həmçinin korrupsiyaya qarşı ciddi mübarizə aparılır. Bu barədə nə deyə bilərsiniz?

- Ölkə başçısı cənab İlham Əliyev 2018-ci ildə yenidən Prezident seçiləndə andiçmə mərasimində islahatlarla bağlı anons vermişdi. Qeyd etmək istəyirəm ki, 2018-ci ildən başlanmış islahatlar prosesi ölkə həyatının hər bir sahəsini əhatə etdi. İnstisunal, kadr, struktur islahatlarından başlanmış bu proses hakimiyyətin hər üç qolunu əhatə etdi. Bu ilin fevralında Milli Məclisə seçkilər keçirildi və müasir çağırışlara cavab verən yeni parlament formalaşdı. Məhkəmə-hüquq sitemində də islahatlar davam etdirilir. Müasir çağırışlara cavab verən gənc, innovasiyalara yiyələnmiş, müasir təfəkkürlü və korrupsiyaya bulaşmamış kadrlarla dövlət idarəetmə sistemi yenilənir.

Məhz islahatların effektiv nəticəsidir ki, 2019-cu ildə dövlət büdcəsinə ancaq vergi və gömrük orqanlarından proqnozdan əlavə 1 milyard manatdan çox vəsait daxil olundu. İslahatlar nəticəsində iqtisadiyyat şəffaflaşır, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə tədbirləri genişlənir. Son vaxtlar Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokrurluğun Yanında Korrupsiaya Qarşı Mübarizə İdarəsi tərəfindən keçirilən həbslər də bu məqsədə xidmət edir. Artıq bu günün tələbləri dəyişilmişdir. Hardasa xalqın malına göz dikən məmur varsa ona qarşı ciddi tədbir görülür. Korrupsiyaya qarşı mübarizə tədbirləri kampaniya xarakterli deyil. Bu tədbirlər davamlı olacaqdır. Dövlət istəyir ki, hüquqları təmin olunmuş, korrupsiya və rüşvətxorluq minimuma endirilmiş cəmiyyət qurulsun. Ölkə başçısının qeyd etdiyi kimi, kim özünün əməllərində düzəliş edə bilmirsə, o bizimlə eyni yolun yolçusu ola bilməz. Sonda qısa olaraq qeyd etmək istəyirəm ki, dövlətin apardığı islahatlar prosesini və korrupsiyaya qarşı mübarizə tədbirlərini xalqımız, cəmiyyətimiz  alqışlayır və bu, xalq-dövlət birliyini sarsılmaz edir.