YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycan ordusunun dünya hərb tarixinə yazdığı "44 günlük" ilk əfsanəvi tarixin müəllifi “Əliyev İlham Heydər oğludur!

Müsahibimiz YAP Veteranlar Şurasının üzvü, filologiya elmləri doktoru, professor Əjdər İsmayılov

- Əjdər müəllim, Azərbaycanın öz haqq işi uğrunda savaşa qalxdığı gündən bir il ötdü. 2020-ci ilin həmin gününə gələn yolu və 44 günlük Vətən müharibəsində Azərbaycanın şanlı qələbəsini, ordusunun keçdiyi zəfər yolunu necə dəyərləndirirsiniz?

- Əvvəla, Vətən savaşımızda Şəhid olan övladlarımızın ruhu qarşısında baş əyir, ailələrinə səbr diləyirəm. Qazilərimizə tezliklə şəfa tapmalarını Allahdan arzu edirəm. 27 sentyabr işğal olunmuş torpaqların azad olunması yolunda həm ümummilli lider Heydər Əliyevin, onun haqq dünyasına qovuşmasından sonra isə dövlət başçısı İlham Əliyevin apardıqları məqsədyönlü və məntiqi siyasətin nəticəsi idi. 

Düşmən üzərində bu şanlı tarixi qələbəmiz vahid Azərbaycanı iki hissəyə parçalamış qəddar rus imperiyasının 200 illik işğal tarixinə vurduğu ilk ağır zərbədir!.. Bu, təkcə Ali Baş Komandanımız İlham Heydəroğlunun ona atasından miras qalmış səbr, təmkin və zamanı qabaqlayacaq böyük müdrikliklə tarixən yarıdilənçi olmuş köçkün ermənilərə deyil, onların simasında 1990-cı illərdə "Qanlı Qarabağ tarixi"ni yazan, ermənilərə güclü hərbi texnika ilə yardım göstərən, torpaqlarımızı 30 il işğal altında saxlayan rus imperiya maraqlarına, Fransanın Baş naziri Emmanuel Makronun türk-islam düşməni olduğu hər addımda  duyulan  terrorçu  dövlətinə və saman altından su yeridən bəzi "dost və qardaş" dövlətlərə vurduğu çox böyük tarixi zərbədir.

- Ermənilərin icma olaraq regiona köçürülməsi barədə kifayət qədər tarixi faktları üzə çıxarmısınız. Hətta erməni əsilli tarixçilərin özləri bunu etiraf edirlər. Sizin tədqiqatlarınızda da bu barədə  məlumatlar var...

 - XIX əsrin əvvəllərindən günümüzədək Azərbaycan türklərinə qarşı Rusiya imperiyasının marağının qanlı siyasət şahmat taxtasında "peşka" olan, bizim "erməni" adlandırdığımız icmanın bəşər tarixinin hər hansı bir dövründə nə bir qarış torpağı, nə etnik mədəniyyəti, nə etnik dini, nə də xüsusən soy-kök adı - eponimi olmuşdu.

Bu barədə 2006-cı ildə nəşr edilən “Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları” adlı elmi əsərimdə məhz erməni və ermənipərəst alimlər, mötəbər keşiş ədəbiyyatı və onların arxiv məlumatları əsasında çox geniş tədqiqat aparmış və danılmaz faktlarla qeyd etmişəm.

Bu baxımdan ömrünün sonunadək İrəvan universitetlərində gəncliyin beynini zəhərləyən ifrat türk düşməni olan Manuk Abeqyanın etirafı müstəsna elmi dəyərə malikdir. O yazır: “Erməni xalqının əsli nədir, necə və nə vaxt, haradan və hansı yollarla  buraya (Kiçik Asiyaya-Ə.T.) gəlib. Bununla bağlı əlimizdə dəqiq və aydın dəlillər yoxdur”. “Erməni tarixinin atası” hesab etdikləri anonim keşiş Moisey Xorenatsinin "Biz kiçik, kifayət qədər məhdud saylı və qüvvəti olmayan, başqalarının hökmranlığı altında yaşamış xalqıq” etirafı onun "Böyük Ermənistan" iddiasında olan tarixçi varislərinin saxtakarlıqlarını aşkara qoyur. Qaynaqlarda, mötəbər tarix ədəbiyyatında da erməni icmasının ailə şəklində, ayrı-ayrı ərazilərdə içərisində yaşadıqları xalqların onları hansı etnoadla tanımaları barədə heç bir qeydin olmaması da bunu təsdiq edir. Ancaq erməni mənsubiyyətli polşalı yepiskop Simeon Lehatsi (XVI əsr) nifrətlə yazırdı: "Yunanlar ermənilərin tarixi düşmənləridirlər. Onlar bizə "İşkil" deyib, tüpürüb bayıra atdılar. Hər hansı erməni yunanın qızıl camında su içsəydi, onlar "uf" demədən camı çaya atardılar". Uşaqlıq illərində babalarımızdan, nənələrimizdən eşitdiyim "Suya düşmüş itlə, yağışa düşmüş erməninin fərqi yoxdur"  hikməti erməni keşişin fikrinə real aydınlıq gətirmiş olur. Yunanların lənətlənmiş "İşkil" damğası Azərbaycan türkü dilində "Səllim itlər" mənasında işlənir. "Səllim itlər"in də nə ataları məlum olur, nə yurd-yuvaları. Hansı qapıda süfrə qırıntılarını, sür-sümüyü onun qabağına tökərsən, həmin qapıda quyruq bulayar, guya "sadiqliyini" bildirmək üçün başını evin astanasına qoyar. Təkzibedilməz tarixi həqiqət budur ki, Qərbi Avropadan Kiçik Asiyaya gəlmə, tarixləri elmə məlum olmayan "İşkil" icması ailə şəklində günəmuzd yerli əhalinin-türklərin ağır və çirkin işlərini görmüş, onların süfrələrindəki qır-qırıntı ilə dolanmışlar. Bu vəziyyət "İşkil" icmasının son nəsillərinin orta əsrlərdən başlayaraq, rahat insani yaşayış axtarışı ilə dünyanın hər yerinə ailə şəklində şeytan toxumu kimi səpələnmələrinin acı tarixidir. Bu baxımdan günümüzə gəlib çatmış erməni Ata sözü maraqlıdır. Hər bir xalqın Ata sözü onun əcdad tarixidir."Harde hats, inde qats" (azərbaycan türkçəsində "Harda çörək var, ora vətəndir" anlamı verir)

Kilikiya  kilsəsi "İşkil" damğası ilə lənətlənmiş mənsub olduğu icmanın tarixi ləkəsini gələcək nəsillərdən gizlətmək üçün Babil tarixçisi Berosun (m.ö.III əsr) "Vaviloniya" ("Babıl tarixi") kitabından "Bell-Hayk" əfsanəsini götürmüş, onu anonim keşiş Moisey Xorenatsinin adına tərtib etdiyi "Hayıstan tarixi"nə əlavə edərkən babilli Haykı "erməniləşdirmək" üçün onu dövrün siyasi ruhuna uyğun əsaslı şəkildə işləmişlər. Bununla da kilsə xaldeyli Müqəddəs Haykı erməni icmasının əcdadı kimi "tarixi şəxsiyyətə" çevirmişdir. Əfsanənin erməni variantında erməni tarixçiləri siyasi məqsədlə Haykı Babilistandan Kiçik Asiyaya, indiki Van gölü sahillərinə gətirirlər. Onların iddialarına görə, guya Haykın şərəfinə həmin ərazidə "Haykastan" adında şəhər salınır.

- Saxta dövlətçilik tarixi uyduran ermənilər faktları təhrif edərək ən müxtəlif ideologiyalar adı altında dünya ictimaiyyətini çaşdırmağa çalışırlar. Sizə elə gəlmirimi ki, ermənilər “saxta tarixdən” məharətlə istifadə edirlər?

- Bəli, tamamilə doğrudur. Fikir verin, tarixin heç bir dövründə torpağa köçürülməmiş bu mifik "şəhər" -"Haykastan" keçən yüzilliklərdən başlayaraq, erməni və ermənipərəst muzdlu rus tarixçilərinin əlində Osmanlı türklərinə qarşı ideoloji silaha çevrilmişdi. Onların məqsədi yurdsuz-yuvasız, yarıdilənçi, adsız erməni babalarına Ön Asiyada "dövlət tarixi" yazmaqdır. Bunun üçün erməni babalarının soy kökünü xaldeyli Haykın mifoloji şəxsiyyəti ilə bağlamaq,  xaldeylərin əfsanəvi tarixini "erməni tarixinə" çevirməkdir. Əlbəttə, əfsanədən gələn tarix də əfsanədə qalar.

Dünya xalqları tarixində bəşər övladı adına layiq soy-kökü olmayan,yunanların "İşkil" ("Səllim itlər") damğası ilə türklərin qapısında günəmuzd yaşayış tərzi keçirən, m.s.IX əsrdə Babil/Xaldey əfsanə qəhrəmanı Haykın adını eponim olaraq qəbul edən, kiçik ailə icması şəklində yaşamış belə bir yarıdilənçi əhalini tarixə tanıdan da rus imperiyasıdır.

1828- ci ildə qanlı rus süngüsü ilə yazılmış "Türkmənçay" irtica müqaviləsi bir anadan, bir atadan doğulmuş Azərbaycan türklərinin iki qədim dövlətini - Atarpaten (yunan ədəbiyyatında "Atropatena" m.ö.IV - m.s.VII əsrlər) və "Ön Qafqaz Oğuz Albaniyası" (m.ö.IV-m.s.VII əsrlər) dövlətini- Vahid Azərbaycanı qəddarcasına parçaladı və ermənilərə siyasi şərait yaratmış oldu. Başqa sözlə, işğalçı imperiya Qafqazda etibarlı "xristian qardaşları" dayağı yaratmaq məqsədilə Livan, Suriya, İraq,Türkiyə və İrandan  tarixən ailə şəklində günəmuzd həyat şəraitində yaşamış yarıdilənçi erməni ailələrini Ön Qafqaza köçürdü və Oğuz Albaniyasının qərbində-Ağrı dağı vadisində imperiyanın tərkibində Anadolu türkləri ilə üz-üzə "Armyan vilayəti" yaratdı. Bu, işğalçı rusların qədim Oğuz Albaniyasının qərb ərazisində təşkil etdikləri dünya tarixində ilk "dövlətdir".

1827-ci ildə İrəvan qala şəhərini işğal etmiş general İ.F.Paskeviç I Nikolaya yazırdı: "...Zati-aliləri! "Armeniya vilayəti"nin yaradılması h ə l ə l i k (kursiv-Ə.T.) Azərbaycan torpaqlarını ikiyə bölmüş olur və Osmanlı Türkiyəsinə qarşı bir poliqon bölgəsinin meydana gəlməsinə şərait yaradır. Bu olduqca vacib şərtdir". İrəvan qala şəhərində yerli əhaliyə qanlı divan tutan İ.F.Paskeviçin məktubda aydın şəkildə yazılmış işğalçı siyasəti bu gün də ənənəvi olaraq, açıq, ya da gizli şəkildə Kremlin biz türklərlə "dostluq" əlaqələrinin siyasi mahiyyəti dəyişilməz qalır. Rus imperiyasının iki yüz il erməniləri qabağa verib, Azərbaycan türklərinin başına hansı ağlasığmaz fəlakətlər açdığını, rayon və kəndlərimizdə, xüsusən Qarabağda qətliamlar törətdiyini Kreml 70 ildə apardığı məkrli "dostluq və qardaşlıq" siyasəti altında nəsillərimizə zaman-zaman unutdurdu.

 Ancaq türkün tarixi düşmənləri olmuş daşnak-bolşevik terrorunun  ideoloqları - əqidə "dostlarını" ingilislərə satmış, son illərədək Hindistanda onların himayəsində şərəfsiz ömrünü başa vurmuş Stepan Şaumyanın və "Kremlin qoca tülküsü" adlandırılan Anastas Mikoyanın Kremldə bu gün də hökm sahibi olan varislərinin M.S.Qorbaçovun hakimiyyəti illərindən başlayaraq yazdıqları "Qanlı Qarabağ tarixi"ni nəsillərimiz heç zaman unutmayacaqdır! Onlar dünya ictimaiyyətinin gözü qarşısında Azərbaycan türklərinin qədim Qarabağ torpaqlarını işğal edəndə, ermənilərin adından  yarıdilənçi erməni köçkünlərini bəhanə edərək XIX əsrin əvvəllərində qədim İrəvan xanlığında "Ermənistan" adında dövlət yaratdıqları kimi, XX əsrdə də Qarabağda imperiyanın tərkibində "ikinci-erməni dövləti" təşkil etmək üçün "Artsax" ("Arsak"-Ə.T.) toponimini uydurdular. Bu toponimin ermənilərlə heç bir əlaqəsi yoxdur. "Arsak" toponiminin etnotarixini qısaca nəzərdən keçirsək, aşkar olacaq ki, işğalçı imperiya maraqları Azərbaycan ərazisində "ikinci erməni dövləti" təşkil etmək üçün ermənilərin saxtakarlığını siyasi məqsədlə bayrağa çevirmişdi.

- Bu işdə ermənilərə dəstək verən xarici qüvvələrin rolunu necə qiymətləndirisiniz?

- 1994-cü il 14 may tarixindən başlayaraq, ordumuzun qələbəsinədək "peşka"nı - ağasına hər zaman qul olmuş cahil və nadan erməniləri qabağa verib, "atəşkəsi" pozan, Tərtəri, Gəncəni, Bərdəni və işğaldan uzaq olan başqa rayon və kəndlərimizi hərb tarixində qadağan olunmuş raketlərlə dağıdan da, dinc günahsız adamları ailəlikcə məhv edən də həmin xarici qüvvələrdir.

Məqsəd əhalini qorxudub sərhəd kəndlərindən qovalamaq, 30 il dağ yüksəkliklərindən başlayaraq, sərhəd kəndlərimizə doğru uzanıb gələn  beş qata sıralanmış alınmaz istehkamları, on kilometrlərlə uzanıb gedən, hətta raketlə dağıdılması mümkün olmayan dəmir betonla örtülmüş və döyüş texnikasının yerləşdirildiyi hündür tunelləri torpaqlarımızın dərinliklərinə doğru davam etdirmək olmuşdur. Arxada gizlənən, Suriyadan gətirilən iki min PKK-nın üzvlərindən və dünyanın başqa ölkələrindən gələn erməni kökənli terrorist qüvvələrdən ibarət "erməni ordusu" adı altında hərbi birləşmə yaradan da Azərbaycanın müstəqilliyini həzm edə bilməyən həmin xarici qüvvələrdir. Tərtib edilmiş bu hərbi-strateji planla tarixən erməniləri "peşka" kimi qabağa verən bu xain qüvvələrin yolu Xəzərin zəngin sərvətinə doğru yönəldilmişdi. Televiziya vasitəsilə düşmən ordu generallarının "Biz Bakıya gedəcəyik",-deyə dünyaya bəyan etdikləri fantastik iddia da bunu sübut edir.

- Vətən savaşında erməni və onların havadarlarını tam sarsıldan sizcə nə oldu?

- Azərbaycan ordusunun "Xüsusi Təyinat"lılardan ibarət olan azsaylı dəstə gecənin qaranlığında düşmənin gözləmədiyi istiqamətdən - insanın qalxması mümkünsüz olan şüş divarlı hündür dağdan çöl pişiyi cəsurluğu ilə qalxıb, sakitçə Şuşaya "sızdı". Bıçaq və yüngül silahla silahlanmış igidlərimiz Şuşanın böyük hərbi texnika və çoxsaylı canlı qüvvə ilə müdafiəsində dayanmış düşmənə göz açdırmadan, insanı heyrətə gətirəcək ağılasığmaz qısa əməliyyatla qədim şəhərimizi işğaldan azad etdilər.

Dünya hərb tarixində müstəsna yeri olan Şuşa əməliyyatından sonra Azərbaycan ordusunun qarşısı alınmaz olduğunu görən erməninin havadarları 30 il apardıqları səmimiyyətdən uzaq bütün gedişlərinin boşa çıxdığını gördü, daxilən silkələndi və "ayıldı". Onlar usta siyasətlə vaxt itirmədən 200 il imperiyanın Qafqaz dayağı olan Ermənistanı, özlərinin dediyi kimi, "intihardan" xilas etmək üçün gecənin bir vaxtı qalib ordunun sərkərdəsi Müzəffər Ali Baş Komandan İlham Heydəroğluna haray çəkdi, Nikol Paşinyandan əvvəl ağ bayraq qaldırmağa məcbur oldu. Bununla da istedadlı komandan İlham Heydəroğlunun sərkərdəliyi altında Azərbaycan ordusunun dünya hərb tarixinə yazdığı, güclü dövlətlərin görkəmli strateqlərinin marağına səbəb olan, 44 günlük ilk əfsanəvi tarix başa çatdı.

- Sonda nə demək istərdiniz ?

- Əzizimiz Ali Baş Komandanımız, Ağrı dağı vadisində Oğuz türk torpaqlarının bir parçasında babalarımızın intizarla gözləyən ruhunun bizi harayladığını yaxşı bilir!!! Və mən əminəm ki, ömrünü Azərbaycanına fəda etmiş ümummilli liderin ruhu bundan sonra daha da şad olacaq. Mən əminəm ki, bütün milli maraqlarımız və dədə tarixin itrilmiş səhifələrini tam zəfərlə bərpa edənə qədər " DƏMİR YUMRUQ" düşmənin başı üzərində olacaq! Bu şərəfli, müqəddəs, Azərbaycan türkünün babadan qalma miras tarixinə sahiblənmə yolunda müzəffər Ali Baş Komandan İlham Heydəroğlunu və Şanlı ordumuzu Tanrım qorusun!!!