YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Bələdiyyə seçkilərində məqsəd yerli özünüidarə orqanlarında partiyamızın yüksək təmsilçiliyinin təmin olunmasıdır

Müsahibimiz YAP Siyasi Şurasının üzvü, YAP-ın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov

- Aydın müəllim, Yeni Azərbaycan Partiyası dekabr ayının 23-də keçiriləcək bələdiyyə seçkilərinə hazırlığını davam etdirir. Ümumiyəytlə, bu seçkilərlə bağlı Sizin də təəsüratlatınızı öyrənmək istərdik…

- Azərbaycan demokratik inkişaf yolunda irəliləyən aparıcı dövlətlər sırasında mühüm yerini tutmaqdadır. Belə ki, ölkəmizsə istər demokratiya, istərsə də vətəndaş cəmiyyəti quruculuğu, o cümlədən, hüquqi dövlət kontekstinin əhəmiyyətli məqamları kifayət qədər təşəkkülünü tapmışdır. Məhz bu mövcudluq ölkəmizdə keçirilən bütün seçkilərdə özünü göstərməkdədir. Bu baxımdan, YAP-ın bələdiyyə seçkiləri ilə bağlı apardığı işləri təhlil edərkən belə qənaətə gəlməyə zəmin yaranır ki, ölkəmizdə keçirilən bütün seçki proseslərində demokratiya faktoru əsas amil kimi qiymətləndirilir. Biz bu ayın 23-də keçiriləcək bələdiyyə seçkiləri barədə məhz həmin fikirləri əsas götürürük. Çünki qeyd edilən amillər bilavasitə  bələdiyyələrin uğurlu fəaliyyətinə səmərəli təkan, stimul verir.

Lakin bələdiyyə seçkilərinə hazırlıq yalnız o demək deyil ki, burada yalnız seçki amili mövcuddur. Çünki bələdiyyə seçkilərinin daha bir önəmi bu strukturun ölkənin inkişafına verəcəyi töhfələrdir. Daha dəqiq desək, ölkəmizin sosial-iqtisadi inkişaf strategiyasında bələdiyyələr də artıq öz sözünü deməkdədir. Bu barədə daha geniş fikirlərimi az sonra bildirəcəyəm.

YAP-ın ölkədə alternativsiz siyasi qüvvə olduğunu xatırladaraq xüsusilə qeyd etmək istərdim ki, bu seçimin növbəti dəfə Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu və Prezident cənab İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyası olacağına kimsədə şübhə olmamalıdır. Çünki ötən illərdə keçirilən bütün seçkilərdə YAP-ın üstün qələbəsi hər bir kəsdə bu əminliyi, bu inamı yaratmaqdadır. Təbii ki, dövlətimizin başçısı cənab İlham Əliyevin liderliyi ilə reallaşdırılan mütərəqqi siyasətin bariz fonunda əldə edilən nailiyyətlər, milli inkişafın Azərbaycan modelinin mükəmməl olaraq formalaşdırılması, səmərəli sosial-iqtisadi siyasət sayəsində əldə eilən nəticələrin daha da artırılması, bütün sahələrdəki islahatların davamlı şəkildə həyata keçirilməsi və s. bu kimi digər reallıqlar ölkə vətəndaşlarının YAP-a olan inamını daha da artırıb.

- Seçkilərlə bağlı ümumrespublika müşavirələri keçirildi və YAP-ın İcra Katibliyinin tövsiyələri, tapşırıqları orada daha geniş şəkildə müzakirə olundu...

- Bəli, mən də bələdiyyə seçkilərənə hazırlıqla bağlı partiyamızın rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsində verilən tövsiyə və tapşırıqları xatırlatmaq istərdim. Belə ki, ümumrespublika müşavirəsində bu kimi məsələlərə toxunan YAP Sədrinin müavini-İcra katibi cənab Əli Əhmədov da vurğulayıb ki, əsas məqsəd bələdiyyə seçkilərində YAP-ın böyük qələbə qazanması, yerli özünüidarə orqanlarında partiyamızın yüksək təmsilçiliyi təmin olunmasıdır və əlbəttə ki, növbəti qələbə üçün bütün əsaslar mövcuddur. Çünki Prezidentimizin rəhbərliyi altında həyata keçirilən siyasət nəticəsində ölkəmiz dinamik inkişaf edir. O cümlədən, bölgələrdə abadlıq-quruculuq işləri, iqtisadi inkişaf, insanların rifahının yaxşılaşması, regionların simasının dəyişməsi və digər müsbət amillər insanların həyatında əhəmiyyətli dəyişikliklərə səbəb olub. Ona görə də bir daha tam əminliklə deyə bilərəm ki, bütün bu amillər YAP-ın bələdiyyə seçkilərində istinad edəcəyi ciddi faktlardır. Bu baxımdan, bizim hər birimiz inanırıq ki, bu faktların sayəsində YAP növbəti bələdiyyə seçkilərində zəfər əldə edərək, yerli özünüidarə orqanlarındakı uğurlu fəaliyyətlərinə daha bir əhəmiyyətli təkan verəcəkdir.

- Aydın müəllim, rəhbərik etdiyiniz YAP Qaradağ rayon təşkilatında hazırlıq mərhələləri necə başa çatdırıldı?

- Əlbəttə ki, bütün seçkilərdə olduğu kimi, bələdiyyə seçkilərində də YAP Qaradağ rayon təşkilatı öz uğurlarını hər zamankı kimi davam etdirməkdədir. Məlumat üçün bildirmək istərdim ki, bu gün Qaradağ rayonunda 116 minə yaxın əhali yaşayır və bələdiyyə seçkilərində səsvermə hüququna malik olan seçicilərin sayı 67 mindən artıqdır. Qaradağ rayonu Bakı şəhərinin ən böyük rayonlarında biridir. Rayonumuzun əhalisinin də sayı ən çox ölçülənlərdəndir. Belə ki, Qaradağ rayonunda 2 dairə, 54 məntəqə və 11 qəsəbə var ki, həmin qəsəbələrin hər birinə bir bələdiyyə düşür. YAP Qaradağ rayon təşkilatının 23 nəfərdən ibarət seçki qərargahının yaradılması haqqında qərar qəbul olunub. Eyni zamanda, rayon təşkilatının bələdiyyə seçkiləri ilə əlaqədar fəaliyyət planı təsdiqlənib. Qeyd edim ki, Qaradağ rayonunun 5 qəsəbəsi şəhər tiplidir. Bu isə bir daha Qaradağ rayonun ərazisinin nə qədər böyük olduğunun göstəricisidir. Ona görə də biz hazırlıq proseslərinə daha öncədən başlamış, bu istiqamətdəki işlərimizi mərhələli olaraq həyata keçirməyə çalışmışıq. Hələ seçkilərə hazırlıq mərhələlərində yerlərdə partiyanın rayon təşkilatları tərəfindən seçkilərlə bağlı intensiv işlər sürətlə aparılırdı ki, bu işlərin intensivliyi bir bün bir çox əhəmiyyətli məqamları özündə ehtiva edir.

Qeyd etmək istərdim ki, YAP Qaradağ rayon təşkilatında 11 bələdiyyə üzrə 121 nəfər bələdiyyə üzvlüyünə namizəd irəli sürülüb və artıq təbliğat-təşviqat kampaniyasına başlanılıb. Namizədlərdən 46 nəfəri qadın, 67 nəfəri isə gənc nəslin nümayəndələridir. Bu gün təbliğat və təşviqat prosesində rayon təşkilatında hər gün qızğın iş aparıldığını müşahidə edə bilərsiniz. Seçki Qərərgahının və təbliğat qrupunun üzvləri təyin olunmuş yerlərdə təbliğat löhvələrinə şüarlar və namizədlərin şəkillərini yapışdırırlar. Bundan sonra isə seçicilərlə görüşə start veriləcək. O cümlədən, təbliğat və təşviqat prosesində seçicilərə broşürlar, bukletlər paylanılıb. Həmçinin, Seçki Qərərgahının üzvləri ilə birgə mütəmadi olaraq iclaslar keçirilir, görülən işlər gündəlik müzakirə olunur. Bu isə İcra Katibliyi tərəfindən tövsiyə olunmuş proqramlı mərhələlərin uğurla başa çatdırmağı şərtləndirib. Məhz bu çərçivədə ərazinin sosial-iqtisadi, eləcə də əhalinin xüsusiyyətləri öyrənilib, bütün bu faktorlara müvafiq tədbirlər həyata keçirilib. Qəsəbələrdə olan dini icmalarla, ağsaqqal və ziyalılarla təbliğat-təşviqat kampaniyaları istiqamətində müəyyənləşmələr aparılıb. Rayon ərazisində yaşayan digər millətlərdən olan seçicilər haqqında məlumatlar toplanılıb, icma rəhbərləri ilə əlaqələr yaradılıb.

Onu da deyim ki, Qaradağda rayon əhalisinin 10 min 658 nəfəri qaçqınlardan ibarətdir. Seçkilərə hazırlıq işləri ilə bağlı yaradılan mobil qruplar qaçqınlarla işləyir və onların seçkilərdə fəal iştirak etmələri üçün maarifləndirici tədbirlər həyata keçirirlər. Xatırladım ki, rayonumuzda yaşayan qaçqınlar və məcburi köçkünlər Ulu Öndər Heydər Əliyevin şəxsən açılışında iştirak etdiyi “Ümid” qəsəbəsində məskunlaşıblar. Günü-günündən abadlaşan, çiçəklənən bu qəsəbədə yaşayan sakinlər də hər bir seçkidə xüsusi fəallıqları ilə iştirak etdiklərinə görə, qarşıdan gələn bələdiyyə seçkilərində də fəal olacaqlarını bildirirlər.

Digər tərəfdən, Qaradağ rayonunun daha da müasirləşməsi istiqamətində ölkə rəhbərliyi tərəfindən görülən işlər də rayon seçiciləri tərəfindən minnətdarlıqla qarşılanmaqdadır. Artıq Qaradağ rayonu böyük bir səneye mərkəzinə çevrilməkdədir. Ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu fəaliyyəti bizim də rayona öz əvəzsiz töhfələrini verməkdə davam edir. Açılan yeni-yeni iş yerləri, müəssisələr, fabrik və zavodlar, texnoparklar rayon sakinlərimizin də işlə təmin olunmasında əhəmiyyətli rol oynayır. Bu gün hər bir qaradağlı sakin məhz ölkə başçısının yürütdüyü uğurlu siyasəti, eləcə də Yeni Azərbaycan Partiyasının ətrafında sıx birləşiblər.

Əbəs yerə deyil ki, partiyamız bütün seçkilərdə ona rəqib olmağa çalışan digər qüvvələr üzərində qələbələr qazanıb. Çünki YAP bütün mənalarda xalqın etimadını qazanmış bir güclü təşkilatdır. Bu gün biz bələdiyyə seçkilərinə hazırlaşdığımız bir zamanda müxalifət düşərgəsi hələ də tərəddüd içində davam edir. Çünki düşərgə təmsilçiləri də yaxşı bilirlər ki, onlar ötən 20 ildən artıq bir müddətdə müxalifət kimi nəninki xalqın etimadını qazana biliblər, eyni zamanda olan-qalan elektoratlarını, soaial bazalarını da itirməyə məhkum olublar. Bütün bunlar isə bir daha belə qənaətə gəlməyə əsas verir ki, qarşıdan gələn bələdiyyə seçkilərində irəli sürüləcək YAP namizədləri bir daha növbəti qələbə sevincini yaşayacaqlar. Çünki YAP-a ancaq qələbə və zəfər yaraşır.

- Aydın müəllim, Siz həm də YAP-ın İqtisadi məsələlər komissiyasının sədr müavinisiz. Ümumiyyətlə, bələdiyyələrin ölkənin iqtisadi inkişafına verəcəyi daha hansı səmərələr barədə danışmaq olar?

- Təbii ki, bələdiyyələrin idarəçilik funksiyası birlavasitə sosial-iqtisadi tandemə öz müsbət təsirlərini göstrməkdədir. Qəsəbə və məhəllələrdə, əhalinin sıx yaşadığı ərazilərdə tikinti və abadlıq işlərinin aparılmasında, məktəblərin, səhiyyə ocaqlarının, uşaq bağçalarının, əyləncə və istirahət zonalarının, eləcə də digər bu kimi yerlərin təmirlərində, qurulmasında bələdiyyələrin özəl funksiyaları mövcuddur. O cümlədən, bələdiyyələr öz nəzdlərində yaratdıqları müəyyən strukturlarında insanları işlə təmin edir bu istiqamətdə münbit fəaliyyətlərini aparırlar. O cümlədən, sosial məsələlərfə də bələdiyyələr fəaliyyətlərini davam etdirirlər. Əlbəttə ki, bütün bunlar bələdiyyələrin əhəmiyyətini artıran məsələlərdir və sosial-iqtisadi inkişafda öz rolunu bu gün də oynayır.

Digər tərəfdən, ölkədə iqtisadiyyat amilinin güclənməsi, qüdrətlənməsi də öz tərəfindən bələdiyyələrin inkişafına öz töhfəsini verməkdədir. Çünki ölkədə iqtisadi inkişaf olmasa, burada heç bir struktur normal fəaliyyət göstərə bilməz. Bu baxımdan, mən ölkədə gedən iqtisadi inkişaf faktorunu xüsusilə vurğulamaq istərdim.  Məhz 2014-cü ilin ötən müddətində Azərbaycan üçün kifayət qədər uğurlu olan iqtisadi inkişaf mükəmməl idarətmə strategiyasının vəhdəti sayəsində dərinləşib. Bu baxımdan, həm də onu qeyd etmək istərdim ki, bütün bu uğurların arxasında ölkədə aparılan uğurlu islahatlar siyasəti dayanıb. Ölkəmizin iqtisadiyyatı rəqabət qabiliyyəti indeksinə əsasən, MDB ölkələri arasında birinci mövqeyini saxlayıb. Əlbəttə ki, bütün bunlar məhz Prezident İlham Əliyevin apardığı uğurlu sosial-iqtisadi siyasətin nəticəsidir. Azərbaycan son 10 ildə iqtisadi və sosial sahələrin inkişafında yüksək nəticələrə nail olub. Ölkədə ümumi daxili məhsul (ÜDM) 3 dəfədən çox artıb. İqtisadiyyatın qeyri-neft sektorunun artım tempi son 10 ildə orta hesabla 10 faiz təşkil edib. 2013-cü ilin nəticələrinə görə, ölkə ÜDM-i 5,8 faiz, qeyri-neft sektoru isə 10 faiz artıb. Əbii ki, buraya investisiya qoyuluşlarını da əlvə etmək olar. Yeni investisiyalar isə regionlarda yeni müəssisələrin yaradılması, əlavə iş yerlərinin açılması, məşğulluğun səviyyəsinin yüksəlməsi üçün güclü zəmin deməkdir. Bu inkişafın bələdiyyələrə verəcəyi töhfələrini isə biz qarşıdakı illərdə də görəcəyik.

Mən sonda qarşıdan gələn bələdiyyə seçkilərində iştirak edəcək Yeni Azərbaycan Partiyasından olan hər bir namizədə uğurlar və müvəffəqiyyətlər arzu edirəm. Çünki qələbə və zəfər, davamlı uğur və xalqın dəstəyi bu dəfə də dövlətimizin, partiyamızın yanında olacaq.