Xəbərlər
Qarabağa Zəfər turu təşkil edilib
8 Noyabr – Zəfər Günü ərəfəsində Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatı bir qrup partiya fəalı və könüllülərin iştirakı ilə Qarabağ bölgəsinə Zəfər turu təşkil edib.
Tur Ağdam şəhərindən başlayıb. Əvvəlcə Ağdam Cümə Məscidi və Ağdam Şəhidlər Xiyabanı ziyarət olunub, şəhidlərin xatirəsi ehtiramla yad edilib.
Daha sonra iştirakçılar Əsgəran qalasını ziyarət edərək tarixi abidə ilə yaxından tanış olublar. Turun növbəti dayanacağı Xocalı şəhəri olub. Buradan Şuşaya doğru irəliləyən iştirakçılar Xankəndi şəhərinə də səfər ediblər.
Ziyarət zamanı iştirakçılar Zəfər meydanı, Xankəndi Konqres Mərkəzi, “Nənə baba” abidəsi, Qarabağ Universiteti və Qarabağ stadionu ilə tanış olublar.
Səfərin ən yadda qalan mərhələsi isə Şuşa şəhərinə ziyarət olub. Tur iştirakçıları burada Bayraq meydanı, Natəvanın ev muzeyi, Güllələnmiş büstlər, Molla Pənah Vaqifin məqbərəsi, Yuxarı Gövhər Ağa məscidi, Şuşa qalası, Cıdır düzü və İsa bulağını ziyarət ediblər.
Zəfər turu çərçivəsində baş tutan səfər iştirakçılarda Qarabağ Zəfərinin siyasi və mənəvi dəyərinin əzəmətini daha yaxından hiss etməyə imkan yaradıb.
