Xəbərlər
Milli Məclisin deputatı Anar Məmmədov şəhid ailəsini ziyarət edib
Milli Məclisin deputatı Anar Məmmədov Tərtər rayonunda Birinci Qarabağ müharibəsi və Vətən müharibəsində şəhid olmuş kənd sakinlərinin xatirəsinə ucaldılan Şəhidlər abidəsini ziyarət edib.
Ziyarətdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, şəhid ailələrinin üzvləri, qazilər və ağsaqqallar da iştirak ediblər.
Millət vəkili şəhid ailələri ilə görüşdə qeyd edib ki, Vətən uğrunda canlarını fəda edən igidlərin qəhrəmanlıqları heç vaxt unudulmayacaq. Vurğulanıb ki, dövlətimiz və xalqımız hər zaman onların müqəddəs xatirəsini yaşadacaq. Prezident İlham Əliyevin bu kateqoriyadan olan şəxslərə göstərdiyi diqqət və qayğıdan bəhs edən Anar Məmmədov bildirib ki, şəhidlərin adlarının əbədiləşdirilməsi istiqamətində bundan sonra da geniş tədbirlər görüləcək.
Daha sonra A.Məmmədov bu rayonun Kəngərli kəndindən olan şəhidi Səbuhi Zahid oğlu Məmmədovun ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıb.
