Xəbərlər
Şəhidlər qürur mənbəyimizdir!
Müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Vətən müharibəsi şəhidlərinin ailələrinə və qazilərinə daim yüksək həssaslıqla yanaşılır, onlara diqqət və qayğı göstərilir.
Nəsimi rayonunda şəhid Solnsev Dimitriy Aleksandroviçin ildönümü mərasimi keçirilib.
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının rəhbərliyi, Nəsimi Rayon İcra Hakimiyyətinin, Nəsimi Rayon Polis İdarəsinin və RİH başçısı aparatının məsul əməkdaşları, eləcə də şəhidin ailə üzvləri Dimitriy Aleksandroviçin məzarını ziyarət edib, məzarı önünə gül-çiçək dəstələri düzüblər.
