YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlərin xatirəsi ehtiramla anılır

Sabunçu rayonunda Vətən müharibəsi şəhidləri Səmədov Məhərrəm Elxan oğlu və Əliyev Bəhruz Elman oğlunun anım tədbirləri keçirilib.

Anım tədbirlərində Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi Elvin Şiriyev, Maştağa bələdiyyəsinin sədri Anar Adıgözəlov, məktəblilər və şəhidlərin ailə üzvləri iştirak ediblər.

Tədbir iştirakçıları şəhidlərin məzarlarını ziyarət edib, Vətənin qəhrəman övladlarının əziz xatirəsini ehtiramla yad ediblər.

Qeyd edək ki, Məhərrəm Səmədov 2001-ci il martın 27-də Bakı şəhərində anadan olub. 2020-ci il oktyabrın 30-da Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Bəhruz Əliyev 1997-ci il oktyabrın 24-də Bakı şəhərində anadan olub. 2020-ci il sentyabrın 28-də şəhidlik zirvəsinə ucalıb.