YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan uğurlu xarici siyasət kursu ilə qlobal arenada etibarlı tərəfdaşa çevrilib

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi Azərbaycan Respublikasının xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Bu baxımdan, Azərbaycanın strateji tərəfdaşı Qazaxıstanla əlaqələri çox önəmlidir. Azərbaycan və Qazaxıstan Liderləri dəfələrlə qarşılıqlı səfərlər edir, müxtəlif beynəlxalq tədbirlərdə görüşürlər. Xüsusilə qeyd etmək lazımdır ki, dövlət başçılarının qarşılıqlı səfərləri münasibətlərin inkişafına müstəsna töhfə verib. Növbəti görüş oktyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qazaxstan Respublikasına rəsmi səfəri olub. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev bəyanatda ölkələrimiz arasında imzalanmış sənədlərin yalnız iki dövlətin deyil, bütövlükdə Avrasiya coğrafiyasının maraqlarına xidmət göstərəcəyini də xüsusi qeyd etdi: “Xalqlarımızı ümumi köklərə, mənəvi və mədəni ortaqlığa əsaslanan çoxəsrlik dostluq, qardaşlıq birləşdirir. Dövlətlərarası münasibətlərimizi bu möhkəm bünövrə üzərində qururuq.

Azərbaycan və Qazaxıstan prezidentlərinin son illər qarşılıqlı yüksək səviyyəli səfərləri ikitərəfli münasibətlərə müsbət təsirini göstərib. Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan hökumət tərəfindən Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzi tikilib. Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə Türkdilli dövlətlərlə əlaqələrin inkişaf etdirilməsinin prioritet məsələlərdən biri olduğunu qeyd edib. Dövlətimizin başçısı, həmçinin bu ölkələrlə nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildirib.

Səfər şərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə “Orta Dəhlizin inkişafı” (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) birgə layihəsinin təqdimatı oldu. Bu layihə Çin, Mərkəzi Asiya, Xəzər dənizi, Qafqaz və Avropa istiqamətində beynəlxalq nəqliyyat marşrutunun səmərəliliyini artırmağı hədəfləyir. Layihə üzrə yaxın illərdə daşınan yüklərin həcminin üç dəfə artacağı proqnozlaşdırılır. Azərbaycan bu dəhlizdə əsas körpü rolunu oynayır. Xəzər dənizindəki limanlar, Bakı-Tbilisi-Qars dəmir yolu, həmçinin Naxçıvanın gələcək tranzit potensialı layihənin əsas komponentləri sırasındadır.

Dövlət başçısı İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə keçirilən Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclası bir daha iki ölkənin əlaqələrinin inkişafının, ikitərəfli gündəliyinin zənginliyini və qarşıdakı dövrün hədəflərini açıqladı. Prezident İlham Əliyev Qazaxıstanın Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəyişməz dəstəyini qeyd edi və vurğuladı ki, biz bu dəstəyi həm ikitərəfli, həm imzalanmış sənədlər, həm də Qazaxıstanın beynəlxalq təşkilatlardakı mövqeyi ilə həmişə hiss etmişik.

Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana rəsmi səfəri bir sıra vacib dövlət sənədlərinin imzalanması, mühüm məsələlərin razılaşdırılması ilə yanaşı, daha çox hər iki ölkənin əməkdaşlığının dostluq və qardaşlıq əsaslarının yüksək səslə bəyan edilməsi ilə yadda qaldı. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsi Azərbaycan ilə Qazaxıstan arasında ənənəvi dostluq əlaqələrinin daha da genişləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın və strateji tərəfdaşlığımızın dərinləşdirilməsi istiqamətində səylərimizi bundan sonra da uğurla davam etdirəcəyimizə inam və ümid verir. Bütün bunlar onu deməyə əsas verir ki, ortaq soykök və tarixi-mədəni əlaqələrə malik ölkələrimiz arasındakı münasibətlər bundan sonra da hər iki xalqın və dövlətin maraqlarına uyğun inkişaf edəcək və genişlənəcək.