YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatında tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ərazi partiya təşkilatında yığıncaq keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev ölkədə həyata keçirilən siyasi islahatlar, partiyanın yaranma tarixi və cəmiyyətin müxtəlif sahələrində oynadığı mühüm rol barədə ətraflı məlumat verib. O, YAP üzvlərinin ictimai-siyasi proseslərdə fəal iştirakının, xüsusilə gənclərin milli dəyərlər və dövlətçilik prinsipləri əsasında formalaşmasının əhəmiyyətini diqqətə çatdırıb.

Ramil Mirzəyev vurğulayıb ki, bu günlərdə biz müasir tariximizin – şanlı Zəfər salnaməsinin təntənəsini yaşayırıq: “Dövlətimizi tarixinin ən qüdrətli mərhələsinə yüksəldən, xalqın 30 illik həsrətinə son qoyan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Qarabağ problemi cəmi 44 gün ərzində ədalətli şəkildə həll edilib. Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın qurucusu, cənab İlham Əliyev isə qalib dövlətin qətiyyətli Lideri kimi tarixdə əbədi qalacaq".

Sonra Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Kifayət Bayramova çıxış edərək, ötən dövr ərzində görülən işlər, həyata keçirilən layihələr, gənclərlə aparılan maarifləndirici tədbirlər və sosial təşəbbüslər barədə ətraflı məlumat verib.

YAP üzvləri – İlahə İsmayılova, Aynur Əliyeva və Həsən Movlayev partiyanın fəaliyyəti və dövlət quruculuğunda rolu barədə fikirlərini bölüşüblər. Onlar, həmçinin gənc nəslin milli dəyərlərə sadiq, vətənpərvər ruhda yetişməsinin ölkənin gələcəyi üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.

Yığıncaqda Kifayət Bayramova ərazi partiya təşkilatının sədri, Zibaxanım Cəfərli isə sədr müavini seçilib.

Tədbir çərçivəsində partiya veteranı Həsən Movlayeva 65 yaşının tamam olması münasibətilə YAP Xətai rayon təşkilatı tərəfindən yubiley plaketi və hədiyyələr təqdim olunub.