YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlər qürur mənbəyimizdir!

Vətən müharibəsi şəhidi Əhmədov Mənsur Məmməd oğlunun şəhadətinin ildönümü ilə bağlı anım günü qeyd edilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatının sədri İlqar İlyasov, Laçın Rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynurə Həsənova, şəhidin ailə üzvləri, rayon ictimaiyyətinin nümayəndələri, məktəblilər və digər şəhid ailələri iştirak ediblər.

İştirakçılar torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qəhrəmancasına döyüşərək şəhadətə yüksələn Mənsur Əhmədovun və digər şəhidlərin məzarlarını ziyarət edib, onların əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə çıxış edən YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov Vətən naminə canından keçən, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan igid oğullarımıza Allahdan rəhmət, ailələrinə səbr diləyib.

O, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə aparılan Vətən müharibəsində Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan danışıb. Bildirilib ki, bu gün işğaldan azad edilmiş torpaqlarımızda dalğalanan müqəddəs üçrəngli bayrağımız uğrunda döyüşən əsgər və zabitlərimizin misilsiz şücaəti gələcək nəsillər üçün örnək olacaq.

İlqar İlyasov vurğulayıb ki, Vətən uğrunda canını fəda edən qəhrəmanlar xalqımızın yaddaşında əbədi yaşayacaq, onların xatirəsi dövlətimiz tərəfindən daim uca tutulacaq.