YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Müstəqilliyimiz əbədidir”

Yeni Azərbaycan Partiyası (YAP) Ağdaş rayon təşkilatı Cardam kənd ərazi partiya təşkilatında “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Müstəqilliyimiz əbədidir” mövzusunda partiya fəalları ilə görüş keçirilib.

Görüş iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov, partiya fəalları Yeganə Həsənova, Xəyal Salehova, Məhəmməd Mayılov və Vüsal Orucov 18 oktyabr tarixinin Azərbaycan xalqı üçün əhəmiyyətindən, Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycanın formalaşmasında rolundan danışıblar.

Qeyd edilib ki, Ümummilli Liderin siyasi kursu və Prezident İlham Əliyevin müasir dövrün tələblərinə uyğun bu siyasəti uğurla həyata keçirməsi müstəqil Azərbaycanı qalib dövlətə çevirib.