Xəbərlər
Fransada terror aktları nəticəsində ölən və xəsarət alanlar içərisində Azərbaycan vətəndaşlarının olub-olmaması araşdırılır
Xarici İşlər Nazirliyinin (XİN) təlimatı əsasında Azərbaycanın Fransadakı səfirliyi bu ölkədə törədilmiş terror hücumları nəticəsində həlak olan və ya xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olub-olmaması məsələsini araşdırır. Bu istiqamətdə Fransanın xarici siyasət idarəsi və digər müvafiq dövlət qurumları ilə təmasda olaraq iş aparılır.
XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, hazırda Fransada olan Azərbaycan Respublikası vətəndaşlarına bu ölkədə elan edilmiş fövqəladə vəziyyət rejiminin tələblərinə riayət etmələri, kütləvi yerlərdən kənar durmaları tövsiyə olunur.