Xəbərlər
Partiya veteranı ilə görüş keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının qərargahında partiya veteranı Zakir Bayramovun 70 illik yubileyi münasibətilə görüş keçirilib.
YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov Zakir Bayramovu yubileyi münasibətilə təbrik edərək ona möhkəm can sağlığı, uzun ömür və fəaliyyətində uğurlar arzulayıb.
Zakir Bayramov uzun illər Yeni Azərbaycan Partiyasının sıralarında fəaliyyət göstərməkdən qürur duyduğunu qeyd edib və Ulu Öndər Heydər Əliyev ideyalarına daim sadiq olduğunu vurğulayıb.
Görüşün sonunda yubilyara partiyanın ictimai-siyasi həyatında fəal iştirakı, Ulu Öndər Heydər Əliyev irsinin təbliğində göstərdiyi xidmətlərə görə və 70 illik yubileyi münasibətilə fəxri fərman verilib.
