Xəbərlər
Azərbaycanın Xarici İşlər Nazirliyi Parisdə törədilmiş terror aktlarını qəti şəkildə pisləyir
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Parisdə törədilmiş, çoxlu sayda insanın ölməsinə və yaralanmasına səbəb olan dəhşətli terror aktlarını qəti şəkildə pisləyir.
Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, qurum bu terror aktları nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və dost Fransa xalqı ilə həmrəyliyimizi bir daha diqqətə çatdırır, yaralananların tezliklə şəfa tapmasını diləyir.
Terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və terrorizmə qarşı mübarizədə beynəlxalq birliyin səylərini qəti şəkildə dəstəkləyir.