Xəbərlər
Elman Nəsirov: Ermənistanda NATO həftəsinin keçirilməsi Moskvada müsbət qarşılanmadı
«Rusiya xarici işlər naziri Sergey Lavrovun gözlənilmədən Ermənistana səfəri haqlı olaraq suallar doğururdu». Bu fikri YAP-ın Beynəlxalq əlaqələr komissiyasının katibi, politoloq Elman Nəsirov deyib.
E.Nəsirov bildirib ki, bu ilin oktyabr ayında Avropa İttifaqı Şurası, Avropa Komissiyasına səlahiyyət verib ki, Ermənistanla hüquqi müstəvidə yenidən danışıqlara başlasın, çərçivə sazişi imzalamaq üçün danışıqlara getsin.Onun sözlərinə görə, yəni Avropa İttifaqı Ermənistanla hüquqi müstəvidə yeni əməkdaşlığın əsası qoyulsun.
«Bu da Rusiyanı narazı salan bir məqamdır. Çünki məhz Rusiyanın təzyiqi ilə Ermənistan Avropa İttifaqı ilə Assosativ sazişlə bağlı sənədi imzalamqdan imtina etmişdi. İndi isə başqa bir müstəvidə Avropa İttifaqı Ermənsitanla yaxınlaşmağı, əməkdaşlığı seçib. Bütün bunlar rəsmi Moskvanı narahat etməyə bilməzdi. Digər bir tərəfdən isə Ermənistanda NATO həftəsi keçirildi və bu da Moskvada sevinclə qarşılanmadı. Səfərdə əsas məqamlardan biri də o ola bilər ki, dekabrın 6-da Ermənistanda konstitusiya islahatı ilə bağlı referendum olacaq və bu nöqteyi nəzərdən bu səfərin müəyyən mənada həmin məqamlarnan da bağlı danışıqların müzakirə aparılacağına dair fikir söyləmək mümkündür»- deyə, politoloq qeyd edib.