YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Fransa Prezidenti Fransua Ollanda başsağlığı verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransa Respublikasının Prezidenti Fransua Ollanda Paris şəhərində törədilmiş amansız terror aktları nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar başsağlığı verdi.

Başsağlığında deyilir: “Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmi qətiyyətlə pisləyir, onun bütün təzahürlərinə qarşı mübarizəni hər cür dəstəkləyirik.

Bu ağır anlarda biz Fransa xalqı ilə, Sizinləyik.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Fransa xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.”

 

 

DİGƏR Xəbərlər Arxiv