YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatında tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatı üzrə Xəzər Dəniz Neft Donanması ərazi partiya təşkilatında “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev çıxışında “Konstitusiya və Suverenlik İli”nin əhəmiyyətindən bəhs edib. Təşkilat sədri bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi dövlət suverenliyinin qorunması və demokratik dəyərlərin təşviqi baxımından xüsusi önəm kəsb edir. Qeyd olunub ki, bu qərar hüquqi dəyərlərin təbliği, xalqımızın milli birlik və həmrəyliyinin daha da gücləndirilməsi istiqamətində mühüm təşəbbüsdür. Vətəndaşların hüquqlarının yüksək səviyyədə qorunması ölkəmizin davamlı inkişafına və cəmiyyətin rifahına töhfə verir.

Xəzər Dəniz Neft Donanmasının rəisi Taqət Qurbanov çıxışında donanmanın fəaliyyət istiqamətləri, iqtisadiyyatın dayanıqlı inkişafına verdiyi töhfələr və reallaşdırılan layihələr barədə məlumat verib. O, ölkəmizin suverenliyinin və milli maraqların qorunmasında donanmanın əhəmiyyətini diqqətə çatdırıb, həmçinin müasir texnologiyaların tətbiqi və peşəkar kadr hazırlığının bu qurumun fəaliyyət səmərəliliyini artırdığını vurğulayıb.

Ərazi partiya təşkilatının sədri Arzu Mehdiyev çıxışında ƏPT-nin uğurlu fəaliyyəti, təşkilati məsələlər barədə danışıb.

Sonda YAP sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim olunub.

DİGƏR Xəbərlər Arxiv