YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Bərpa olunmuş müstəqillik, inkişafın və Zəfərin təməli”

Yeni Azərbaycan Partiyası (YAP) Qusar rayon təşkilatı İncəsənət Məktəbi ərazi partiya təşkilatında 18 Oktyabr - Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş “Bərpa olunmuş müstəqillik, inkişafın və Zəfərin təməli” mövzusunda konfrans keçirilib.

Tədbir Ulu Öndər Heydər Əliyevin və ərazilərimizin bütövlüyü uğrunda canlarından  keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə  başlayıb, Dövlət Himni səsləndirilib.

YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov bildirib ki, 1991-ci il oktyabrın 18-də Konstitusiya Aktı qəbul edilməklə ölkəmizin dövlətçilik ənənələrinin dirçəldilməsində, müstəqilliyimizin bərpa olunmasında mühüm tarixi hadisə baş verdi. Qeyd olunub ki, ölkəmizdə dünyəvi, hüquqi və demokratik dövlət quruculuğu istiqamətində görülən böyük işlər Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərinin bəhrəsidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev dövlətçiliyimizin inkişafı və möhkəmlənməsi naminə məqsədyönlü islahatlar həyata keçirir və bu siyasət bu gün də uğurla davam etdirilir.

Daha sonra çıxış edən Quba-Xaçmaz Regional Mədəniyyət idarəsinin Qusar rayonu üzrə nümayəndəsi Elvira Hacıbalayevaya, Suvacal kənd orta məktəbinin direktoru Şəfiqə Qiyasova və YAP Qusar rayon təşkilatının gənc fəalı Rəhman Ağabalayev müstəqilliyimizin qorunmasında xalqımızın birliyinin, dövlətimizin gücünün və Prezident İlham Əliyevin müdrik siyasətinin mühüm rol oynadığını vurğulayıblar.

Tədbir çərçivəsində İncəsənət Məktəbinin direktoru, ərazi partiya təşkilatının sədri Reyhan Bağışovaya 60 illik yubileyi münasibətilə fəxri fərman və hədiyyə təqdim olunub.

Rəsmi hissənin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Konfrans mədəniyyət işçilərinin iştirakı ilə təşkil olunan konsert proqramı ilə başa çatıb.

DİGƏR Xəbərlər Arxiv