YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Minifutbol idman növü üzrə yarış start götürüb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təşkilatçılığı, Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti, AMEA Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə sektorunun dəstəyi ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Vətən müharibəsində qazanılmış Zəfərin 5-ci ildönümünə və AMEA-nın təsis edilməsinin 80 illiyinə həsr olunmuş minifutbol idman növü üzrə yarışların açılış mərasimi baş tutub.

Açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə AMEA-nın prezidenti İsa Həbibbəyli, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev, Vətən müharibəsi şəhidi Həmidağa Hüseynzadənin atası Bağı Hüseynov, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə sektor müdiri İlham Səfərov və AMEA Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Sənan Həsənov çıxış ediblər. Qeyd olunub ki, Vətən müharibəsində qazanılmış Zəfərin 5-ci ildönümü və AMEA-nın 80 illik yubileyi ərəfəsində təşkil olunan yarışlar elm ocağında formalaşan milli düşüncənin, vətənpərvərlik ruhunun və sağlam həyat tərzinin təbliğinə xidmət edir. Qalib xalqın elmi potensialı ilə idman ruhunun birləşməsi Azərbaycanın dövlət gücünü və xalqın birliyini simvolizə edir.

Çıxışlardan sonra yarışa start verilib.