Xəbərlər
Partiya veteranı ilə görüş keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Ağdam rayon təşkilatında partiyanın veteran üzvü Qara Qasımovun 75 illik yubileyi münasibətilə görüş keçirilib.
Görüşdə çıxış edən YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev yubilyarı doğum günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı və işlərində uğurlar arzulayıb. O, Qara Qasımovun uzun illər rayonun ictimai-siyasi həyatında oynadığı roldan bəhs edib.
Tədbirdə çıxış edən YAP fəalları Ağdam Rayon Ağsaqqallar Şurasının sədri Əvəz Mikayılov, Ağdam Mərkəzi Rayon Xəstəxanası ərazi partiya təşkilatının sədri Bəhram Qurbanov, Günel Əbdülqadir, Zakir Əliyev və digərləri partiya veteranı Qara Qasımovun əzmkar, əməksevər, dövlətə və dövlətçiliyə sadiq olduğunu vurğulayıblar.
Yubilyar da öz növbəsində ona göstərilən diqqət və qayğıya görə partiya Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.
