YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Nərimanov rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının “H.Məmmədov küçəsi 5” ünvanı üzrə ərazi partiya təşkilatında (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində) “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra “Konstitusiya və Suverenlik İli”nin əhəmiyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev, YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev və agentliyin hüquqşünası Rəşad Vəliyev konstitusiyanın əsas prinsipləri, onun hüquqi dövlət quruculuğundakı rolu və əhəmiyyəti barədə danışıblar.

Tədbirin sonunda bir qrup partiya fəalına üzvlük vəsiqələri təqdim edilib.

DİGƏR Xəbərlər Arxiv