YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdaşda partiya fəalları ilə görüş keçirilib

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Ağdaş rayon təşkilatı tərəfindən Ağdaş Suvarma Sistemləri ərazi partiya təşkilatında və Zaqatala Regional Qaz İstismar İdarəsinin Ağdaş Xidmət Sahəsində partiya fəalları ilə görüşlər keçirilib.

Hər iki tədbirdə əvvəlcə Ulu Öndərin Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatında rolundan bəhs edib. O bildirib ki, partiya Ulu Öndər Heydər Əliyevin ideyalarını əsas tutaraq fəaliyyətini müasir dövrün tələblərinə uyğun qurur. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan bu gün qalib bir dövlət olaraq beynəlxalq aləmdə yüksək nüfuz qazanıb.

Partiya fəalları Sehran Mahmudov, Rəşid Gözəlov, Nofər Məmmədov, Cəmilə Gözəlova, Süleyman Qarayev, Mikayıl Şirinov və Yusif Səfərov çıxışlarında Vətən müharibəsindən sonra Azərbaycanın yeni bir mərhələyə qədəm qoyduğunu və dünya dövlətləri arasında nüfuzunun artdığını qeyd ediblər. Onlar Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işlərinin ölkənin iqtisadi gücünün göstəricisi olduğunu vurğulayıblar.