Xəbərlər
Həmsədrlər Almaniya XİN rəhbəri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər
ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), İqor Popov (Rusiya) və Pyer Andrye (Fransa) Berlində Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerlə görüş keçiriblər.
Bu barədə C.Uorlik "Twitter" sosial şəbəkəsində yazıb.
Minsk qrupunun həmsədrləri Almaniyanın ATƏT-də sədrliyi ərəfəsində Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün Berlindədirlər.
ATƏT Xarici İşlər Nazirləri Şurasının növbəti iclası dekabrın 3-4-də Belqradda keçiriləcək.
İclas zamanı təşkilatda sədrlik Serbiyadan Almaniyaya keçəcək.