Xəbərlər
Türkiyə Avropa İttifaqına üzv olmaq üçün səylərini əsirgəməyəcək
Türkiyə Avropa İttifaqına üzv olması yolunda irəliləyiş əldə etmək üçün hər cür səy göstərməyə hazırdır.
Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu Avropa Komissiyasının birinci vitse-prezidenti Frans Timmermansla görüşdə bildirib.
Davudoğlu bildirib ki, Türkiyənin Avropa İttifaqına tam şəkildə inteqrasiyası yeni hökumətin ən əsas prioritetlərindəndir.