Xəbərlər
TQDK 3 elektron xidmətini "Elektron hökumət" portalı üzərindən istifadəyə verib
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 3 elektron xidmətini "Elektron hökumət" portalı üzərindən istifadəyə verib.
"Namizədlərin (abituriyentlərin, bakalavrların, namizədlərin (rezidenturaya sənəd verənlər) ərizələrinin onlayn qəbulu", "Sınaq imtahanına yazılış" və "Namizədlərin elektron ixtisas seçimi ərizələrinin onlayn qəbulu" adlı xidmətlər portala inteqrasiya edilib.
Abituriyentlər (bakalavrlar, namizədlər (rezidenturaya sənəd verənlər) əlavə vaxt itkisinə yol vermədən "Elektron hökumət" portalına daxil olmaqla TQDK-nın sözügedən xidmətlərindən asanlıqla yararlana biləcəklər.