YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Qəhrəmanlıqla yazılmış tarix”

Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran rayon təşkilatının və Lənkəran Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sosial və Aqrar-Texnoloji Kollecinin birgə təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününə həsr olunmuş “Qəhrəmanlıqla yazılmış tarix” mövzusunda tədbir keçirilib.

Tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Kollecin direktoru, təşkilat komitəsinin sədri Leyla İbrahimova, YAP Lənkəran rayon təşkilatının təşkilati işlər üzrə məsləhətçisi Yalçın Əliyev, Tədris işləri üzrə direktor müavini Emil Vahabov, Aqrar və Texnoloji şöbənin müdiri Ziya Əlinur, Humanitar fənlər FBK-nın sədri Ülkər Bəşirova, Aqrar və ekoloji fənlər FBK-nın sədri Nərgiz Əkbərova, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Nazlı Cəfərzadə çıxış edərək Azərbaycan Ordusunun gücünü, hərbçilərimizin döyüşlərdə göstərdiyi şücaəti, xalqla dövlətin birliyini xüsusi vurğulayıblar. Bildirilib ki, 27 Sentyabr xalqımızın yaddaşına hər zaman qürur günü kimi həkk olunub.

Qeyd olunub ki, 27 sentyabr 2020-ci ildə Azərbaycan xalqı müstəqilliyini və ərazi bütövlüyünü bərpa etmək üçün qətiyyətli addımlar atıb. Rəşadətli Azərbaycan Ordusu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günə mümkün olmayanı mümkün edib. Azərbaycanın haqq səsini dünyaya çatdırıb, informasiya və diplomatik cəbhələrdə də əzmkarlıq göstərib.