YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Qazaxda 27 sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatının inzibati binasında 27 sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları rayondakı Şəhidlər Xiyabanını ziyarət edərək torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün təmin edilməsi və suverenliyimizin bərpası uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərin əziz xatirəsinə ucaldılmış abidə kompleksinin önünə gül dəstələri düzüblər.

Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Giriş sözü ilə çıxış edən YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev rayonda 27 sentyabr – Anım Günü ilə bağlı silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb. O, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədən, şəhidlər və qazilərimizin şərəfli döyüş yolundan ətraflı bəhs edib. A.Nəbiyev, həmçinin müstəqil və suveren Azərbaycanın beynəlxalq aləmdəki mövqeyindən, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində əldə olunan nailiyyətlərdən və qarşıdakı hədəflərdən danışıb.

Daha sonra partiya fəalları – Günel Sanıyeva, Polad Ağakişiyev, Aytəkin Hüseynova, Cavahir Əhmədova və Türkan Allahverdiyeva çıxışlarında 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətini vurğulayıblar. Natiqlər, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın qazandığı uğurları, mövcud reallıqları və gələcəyə dair perspektivləri qeyd ediblər.

Tədbirin sonunda müqəddəs şəhidlərimizin xatirəsinə həsr olunmuş şeirlər səsləndirilib.