YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni üfüqlərə doğru atılan addım

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Dövlətimizin başçısı İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə bu ölkədə  işgüzar səfərdə oldu.  Səfər çərçivəsində cənab İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə keçirdiyi təkbətək və geniş tərkibdə görüşlər iki ölkə arasında münasibətlərin dünəninin və gələcək perspektivlərin təqdimatı oldu.

“Türkmənistan torpağında yenidən olmağımdan çox məmnunam” söyləyən cənab İlham Əliyev bildirdi ki,  Sizinlə keçən ay Azərbaycanda görüşmüşük. O səfərin çox böyük tarixi mənası var. Həm Bakıda, həm işğaldan azad edilmiş Qarabağ torpağında bizim görüşlərimiz Azərbaycan xalqını çox məmnun etdi. Sizin bizə verdiyiniz dəstək bizim üçün çox önəmlidir, çox dəyərlidir. Biz Sizinlə söhbətlər əsnasında hər zaman tarixi köklərimizə də nəzər yetirirdik. Bizi birləşdirən ortaq tarix, mədəniyyət, etnik köklər, dilimiz və dinimizdir. Türkmən və Azərbaycan xalqları, sözün əsl mənasında, qardaşdırlar və əsrlər boyu bu qardaşlıq hissləri ilə yaşamışlar. Bu gün müstəqil dövlətlər kimi böyük uğurlara imza atırlar:  “Avazanın inkişafı Sizin adınızla bağlıdır, Sizin əsərinizdir. Bu müasir, gözəl şəhər, əslində, Türkmənistanda gedən genişmiqyaslı inkişafı əks etdirir. Mən burada üç il bundan əvvəl Sizin dəvətinizlə olmuşam və artıq hava limanından şəhərə gələndə gördüm ki, daha böyük inkişaf var. Bütün bunlar Sizin fəaliyyətinizin nəticələridir”.

Əlaqələrimiz bir çox istiqamətlər üzrə uğurla inkişaf edir. Prezident İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə görüşlərində iki ölkə arasında qarşıda duran mühüm məsələlər müzakirə olundu. Ölkə Prezidenti bildirdi ki, nəqliyyat imkanlarına baxdıqda indi yeni potensial var - Şərq-Qərb nəqliyyat dəhlizi Türkmənistan və Azərbaycan ərazilərindən keçir. Bu sahədəki birgə fəaliyyətimiz, koordinasiyaya yönəlmiş addımlar böyük coğrafiyaya xeyir gətirəcək. Çünki bu gün Avropanı Uzaq Şərqlə birləşdirən etibarlı nəqliyyat bağlantısı bizim ölkələrimizin ərazisindən keçir. Türkmənistanda çox böyük işlər görülüb. Ən müasir infrastruktur yaradılıb. Belə infrastrukturlar Azərbaycanda da yaradılıb. Ona görə bu istiqamətdə səylərimizin birləşməsində çox böyük fayda var. Cənab İlham Əliyev “Əlbəttə, bizim tez-tez görüşməyimiz, hesab edirəm ki, bütün bölgəyə və dünyaya çox ciddi mesajlar verir. Türkmənistan və Azərbaycan - qardaş dövlətlər, qardaş xalqlar hər zaman bir-birinin yanındadır” fikirləri ilə iki dost, qardaş ölkənin münasibətlərinin hansı səviyyədə olduğunu açıqladı.

Səfər çərçivəsində Türkmənistan-Azərbaycan-Özbəkistan formatında  üçtərəfli yüksəksəviyyəli  görüş keçirildi. Bu, eyni regionda yerləşən üç ölkənin qardaş xalqlarının gələcəkdə daha böyük əməkdaşlıq potensialı yaratması istiqamətində atılan addım  kimi dəyərləndirilir. Görüşdə  Azərbaycan, Türkmənistan, Özbəkistan arasında nəqliyyat dəhlizinin imkanları geniş müzakirə edildi. Cənab İlham Əliyev vurğuladı ki, Azərbaycan, Türkmənistan və Özbəkistan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm geostrateji mövqeyə malikdir. Ölkələrimizin qarşısında nəqliyyat-tranzit əməkdaşlığı sahəsində yeni vəzifələr və imkanlar durur.  Bunların arasında Orta Dəhliz, limanların genişləndirilməsi, dəmir yolu məsələlərini biz bu gün hörmətli qardaşım Qurbanqulu Məlikquliyeviçlə geniş müzakirə etdik. Bu məsələləri Şavkat Miromonoviçlə də son görüşümüzdə müzakirə etmişik. Yəni, üç ölkənin nəqliyyat, tranzit, logistika istiqamətində birgə səylər göstərməsi nəinki ölkələrimiz üçün, böyük region üçün mühüm əhəmiyyət daşıyacaq.

Zirvə görüşünün Avazada yüksək səviyyədə təşkilinə və səmimi qəbula görə öz təşəkkürlərini çatdıran Prezident İlham Əliyev xalqlarımız arasında mədəni və tarixi yaxınlığa, ortaq dəyərlərə və strateji maraqlara əsaslanaraq, üç dost və qardaş dövlətin əməkdaşlı istiqamətində yeni bir səhifə açıldığını diqqətə çatdırdı. Türkmənistanın hədiyyəsi olaraq Füzuli şəhərində məscidin inşa olunması isə qardaşlıq nümunəsi kimi dəyərləndirildi. Onu da bildirdi ki, bu gün imzalanan sənədlər arasında Arxadağla Füzuli şəhərlərinin qardaşlaşma sənədi də var. Bu, əslində, bizim qardaşlığımızın rəmzidir. Türkmən və Azərbaycan xalqları əsrlər boyu bir ailə kimi, qardaşlar kimi yaşayıb-yaratmışlar. Bu gün iki müstəqil dövlət bu ənənələrə sadiqdir, bu ənənələri yaşadır və yeni üfüqlərə doğru birgə addımlayır. Azərbaycanla Özbəkistan arasında 2024-cü ildə imzalanmış “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki ölkə arasında münasibətlərin yeni müstəvidə inkişafına zəmin yaradıb. Bu mənada Azərbaycanla Özbəkistan arasındakı qardaşlıq münasibətləri qarşılıqlı dəstəyə, güclü mədəni tellərə və ortaq strateji məqsədlərə əsaslanır.

Prezident İlham Əliyevin, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə imzalanan sənədlər və qəbul etdikləri “Azərbaycan Respublikasının, Türkmənistanın və Özbəkistan Respublikasının Birgə Bəyanatı” əlaqələrin bundan sonrakı inkişafına mühüm  zəmin yaradacaq.