Xəbərlər
Masallıda partiya fəalları ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı Qızılağac ərazi partiya təşkilatı üzrə “Cənab Prezident: Qarabağ və Şərqi Zəngəzurda torpaqların əzəli sahibləri doğma yurdlarına qayıdırlar” mövzusunda partiya fəalları ilə görüş keçirilib.
Əvvəlcə görüşdə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxışında qeyd edib ki, 44 günlük Vətən müharibəsindəki tarixi Zəfər nəticəsində yağı tapdağından azad edilən Qarabağ və Şərqi Zəngəzur hazırda sözün həqiqi mənasında inkişaf, çiçəklənmə dövrünü yaşayır: “30 illik işğal dövründə viran qoyulmuş kəndlər, qəsəbələr, şəhərlər yenidən qurulur, ən müasir infrastruktur yaradılır, yeni yollar, körpülər, hava limanları, eliktrik stansiyaları tikilir, istehsal müəssisələri yaradılır. Şəhər və kəndlərimiz abadlaşdıqca bu torpaqların əzəli sahibləri öz doğma yurdlarına qayıdırlar. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Proqramı”na əsasən, artıq Zəngilanın Ağalı kəndi ilə yanaşı, Ağdərə rayonunun Talış kəndində, Füzuli, Şuşa, Laçın şəhərlərində və Laçın rayonunun Sus, Zabux kəndlərində, Cəbrayıl, Xocalı şəhərlərində və Xocalı rayonunun Ballıca kəndində on mindən çox keçmiş məcburi köçkün evlərlə təmin edilib”.
“Hazırda azad edilmiş ərazilərimizdə iqtisadiyyatın, regionun sənaye potensialının dirçəldilməsi, əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində mühüm işlər görülür, turizm infrastrukturunun qurulmasına xüsusi diqqət yetirilir” deyən təşkilat sədri vurğulayıb ki, böyük qürur hissi ilə deyə bilərik, Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə hər səfəri tarixi hadisəyə çevrilir. Qeyd olunub ki, dövlətimizin başçısı ötən müddətdə Qarabağa və Şərqi Zəngəzura hər səfərində yeni sənaye, kənd təsərrüfatı obyektlərinin, istehsal və xidmət müəssisələrinin, infrastruktur layihələrinin təməli qoyub, açılışını edib.
Qızılağac ərazi partiya təşkilatının sədri Şamil Məmmədov bildirib ki, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı layihələr təkcə bərpa və yenidənqurma deyil, həm də gələcəyə doğru inamlı və strateji addımların bariz ifadəsidir: “Bu gün Qarabağ və Şərqi Zəngəzur sözün əsl mənasında nəhəng tikitnti meydançasına bənzəyir. İndi 30 illik işğaldan sonra böyük sevinc hissi ilə öz ata-baba yurdlarına qayıdan insanların məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılır, iqtisadi, sosial və məişət təyinatlı müxtəlif müəssisələr tikilir, kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilir, qaz təchizatı təmin olunur.
Tədbirdə partiya fəallarından Fərhad Abbasov, Şahin Quliyev və başqaları çıxış edərək qeyd ediblər ki, erməni barbarlarının törətdiyi xarabalıqların, viranəliklərin yerində yeni, müasir şəhərlər, kəndlər, qəsəbələr inşa edilir. Vurğulanıb ki, azad edilmiş ərazilərimiz abadlaşdıqca, bu torpaqların əzəli sahibləri sülh şəraitində əbədi yaşamaq üçün doğma yurdlarına qayıdırlar.