Xəbərlər
YAP Kürdəmir rayon təşkilatında görüş keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir rayon təşkilatında partiyanın fəal üzvlərindən olan Mehrab Nəhməd oğlu Abdurahmanovun 70 illik və Qəribxan Mirələm oğlu Səfərovun 75 illik yubileyləri münasibətilə görüş təşkil olunub.
Tədbirdə çıxış edən YAP Kürdəmir rayon təşkilatının sədr müavini Elxan Qafarov yubilyarları təbrik edərək onlara möhkəm cansağlığı, uzun ömür və ictimai-siyasi fəaliyyətlərində uğurlar arzulayıb.
Yubilyarlar Mehrab Abdurahmanov və Qəribxan Səfərov onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirib, Yeni Azərbaycan Partiyası sıralarında təmsil olunmalarından böyük qürur duyduqlarını vurğulayıblar.
Partiya veteranlarına uzun illər partiya dəyərlərinin təbliğində və ictimai proseslərdə fəal iştiraklarına görə YAP Kürdəmir rayon təşkilatı tərəfindən fəxri fərman və hədiyyələr təqdim olunub.