Xəbərlər
“Tarixi Zəfərimiz”
Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı Təklə ərazi partiya təşkilatında “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Tarixi Zəfərimiz” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Təklə ərazi partiya təşkilatının sədri Elşən Bəşirzadə və digərləri Azərbaycanın güclü və qüdrətli dövlətə çevrilməsinin Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu deyiblər.
Qeyd olunub ki, Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilib, dövlətimizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib.
