YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Dayanıqlı inkişaf naminə yeni addımlar

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına işgüzar səfəri ölkəmiz üçün yeni bir strateji dövrün açarı oldu. Prezident İlham Əliyevin bu ziyarətinin ən dərin məzmununu ifadə edən “Biz həqiqətən də yeni tarixi səhifəyə imza atırıq” fikri bu səfərin mahiyyətini simvolik deyil, real nəticələrlə təsdiq edir.

Səfər çərçivəsində Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunu imzalandı. Bu qurum enerji, ticarət, nəqliyyat, süni intellekt, rəqəmsal infrastruktur, müdafiə və terrorla mübarizə sahələrində əməkdaşlığı dərinləşdirməyə istiqamətlənəcək.

Nümayəndəlik səviyyəsində 907-ci düzəlişin ABŞ Prezidenti tərəfindən sərəncamla ləğvi Azərbaycan-ABŞ münasibətlərindəki mühüm bariyerlərin aşılması kimi qiymətləndirilə bilər. Vaşinqtonda keçirilən üçtərəfli görüşdə aşağıda qeyd olunan mühüm memorandum və bəyanatlar imzalandı. İnter-state Əməkdaşlıq Anlaşması paraflandı, yəni tərəflər razılaşmanın mətni və məzmunu üzrə konsensusa gəldiklərini bildirdilər.

Ortaq Bəyanat qəbul edildi, bu, sülhün əldə olunması üçün növbəti addımların davam etdirilməsi, əməkdaşlığın dərinləşdirilməsi və Minsk Qrupunun ləğvi də daxil olmaqla regional normallaşma istiqamətində irəliləyiş deməkdir. Zəngəzur dəhlizinin işlənməsi və Naxçıvanla əlaqənin təmin olunması kimi mühüm regional infrastrukturnun açılması təşəbbüsündə razılaşma oldu.

SOCAR ilə ExxonMobil arasında enerji resurslarının araşdırılması və birgə layihələrin inkişafı sahəsində əməkdaşlığı nəzərdə tutan Əməkdaşlıq Memorandumu imzalandı. Bu sənəd enerji sektorunda ikitarefli əlaqələrin genişlənməsinə yeni imkanlar yaratdı.

Bu səfər Azərbaycan-ABŞ münasibətlərini sadəcə gündəlik diplomatik əməkdaşlıqdan strateji müttəfiqlik səviyyəsinə yüksəldən dönüş nöqtəsidir. Strateji İşçi Qrupu sülh gündəliyində paraflama, enerji və təhlükəsizlik sahələrində birləşən əməkdaşlıq, həm də regionda sabitliyin və qarşılıqlı mərhəmətin güclənməsinə təsir edən tarixi addımlardır.

Prezident İlham Əliyevin “Biz həqiqətən də yeni tarixi səhifəyə imza atırıq” ifadəsi bu reallıqları strateji tərəfdaşlıq, regional normallaşma və iqtisadi artım üçün şəffaf zəmin təsvir edir. Bu səhifə Azərbaycanın beynəlxalq arenada daha güclü söz sahibi, sülhpərvər və enerjiyə dayanan bir gücə çevrildiyini nümayiş etdirir.