Xəbərlər
Milli Məclisin deputatı Asif Əsgərov seçicilərlə görüşüb

Milli Məclisin deputatı Asif Əsgərov Zaqatala rayonunda Vətən Müharibəsi Qəhrəmanı, şəhid Valeh Bədəlovun ailəsini ziyarət edib. Görüşdə igid şəhidin əziz xatirəsi ehtiramla yad edilib, onun döyüş yolu və qəhrəmanlığından söhbət açılıb.
Şəhid atasının müraciəti əsasında Aşağı Tala kəndi ərazisində yerləşən 1 kilometr uzunluğunda yolun təmiri məsələsi gündəmə gətirilib. Artıq bu məsələ aidiyyəti qurumlarla razılaşdırılıb və müvafiq addımların atılması planlaşdırılır.
Daha sonra millət vəkili Asif Əsgərov Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatının inzibati binasında seçicilərlə görüş keçirib.
Görüşdə seçicilərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi qanunvericiliyin tələblərinə müvafiq olaraq yerindəcə həllini tapıb, digərləri isə aidiyyəti qurumlara yönləndirilib.