Xəbərlər
Ağstafada şəhid ailələri ziyarət olunub
Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının nümayəndələri Vətən müharibəsi şəhidləri Qurban Aydın oğlu Mehtiyev və Sübhan Murtuz oğlu Kərimovun ailələrini ziyarət ediblər.
Görüşlərdə YAP-ın rayon təşkilatının sədri Etibar Hacıyev bildirib ki, artıq bütün şəhidlərimizin ruhu şaddır: “Onların uğrunda can verdikləri torpaqlarımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz tərəfindən işğaldan azad edilib. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam şəkildə təmin olunub. Bu tarixi Zəfərin qazanılmasında misilsiz fədakarlıq göstərən əsgər və zabitlərimizə sonsuz minnətdarlığımızı bildiririk”.
Bu görüşlərdə YAP sıralarına yeni qəbul olunmuş üzvlərə - şəhid anaları Nahidə Mehtiyeva və Elnarə Kərimovaya partiya vəsiqələri təqdim edilib.