Xəbərlər
Milli Məclisin deputatı Anar Məmmədov şəhid ailəsini ziyarət edib

Milli Məclisin deputatı Anar Məmmədov Tərtər rayonunun Səhləbad kəndində Vətən müharibəsi şəhidi İntiqam Hüseyn oğlu Ağayevin ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıb.
Görüşdə millət vəkili 44 günlük Vətən müharibəsində tərtərli igidlərin döyüşlərdə göstərdiyi şücaətlərdən bəhs edib, onların hər birinin qısa, lakin mənalı həyat yolunun gənc nəsil üçün nümunə olduğunu vurğulayıb. O, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun işğal altındakı torpaqları azad etdiyini qeyd edərək, belə qəhrəman övladlar böyütdüklərinə görə şəhid valideynlərinə dərin təşəkkürünü ifadə edib.