Xəbərlər
Sergey Lebedev: Yerli müşahidəçilərin sayının artması müsbət haldır
Azərbaycanda parlament seçkiləri azad və şəffaf keçirildi. Seçki kampaniyası ümumi qəbul edilmiş normalara uyğun aparılıb.
MDB-nin qısamüddətli müşahidə missiyasının rəhbəri Sergey Lebedev Bakıda keçirdiyi yekun mətbuat konfransında belə deyib.
O bildirib ki, müşahidə missiyası ölkə üzrə 1007 məntəqədə səsvermə prosesini izləyib.
S.Lebedev qeyd edib ki, ötən illərlə müqayisədə budəfəki seçkilərdə həm elektoratın, həm də seçki komissiyası üzvlərinin savadlılığı daha da artıb. O vurğulayıb ki, bəzi xırda nöqsanların qarşısı dərhal alınırdı.
Yerli müşahidəçilərin sayının artmasını müsbət hal kimi dəyərləndirən S.Lebedev bildirib ki, hər məntəqədə ən azı 10 müşahidəçi səsvermə prosesini izləyirdi. Missiya rəhbəri veb-kameralar quraşdırılan məntəqələrin sayının artmasını, həmçinin seçici fəallığını xüsusi qeyd edib.