YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pakistan təmsilçiləri seçicilər və müşahidəçilər üçün yaradılan şəraitdən razı qalıblar

Apardığımız müşahidələrə əsasən onu deyə bilərəm ki, Azərbaycanda parlament seçkiləri ədalətli və şəffaf keçdi. Biz yüksək səviyyədə təşkil olunmuş demokratik seçkiləri müşahidə etdik.

Bu sözləri Azərbaycan Milli Məclisinə seçkilərdə müşahidəçi qismində iştirak edən Pakistan parlamentinin nümayəndə heyətinin rəhbəri Muşahid Hüseyn Səid noyabrın 2-də Bakıda keçirdikləri mətbuat konfransında deyib.

Səsvermə günü 25 məntəqədə monitorinq apardıqlarını deyən Muşahid Hüseyn Səid seçicilərlə, müşahidəçilərlə və seçki komissiyasının üzvləri ilə görüşmək imkanlarının olduğunu bildirib. O deyib ki, məntəqələrdə ən çox diqqət çəkən məqam qadınların istər seçici, istərsə də müşahidəçi kimi fəal iştirak etmələri idi.

Nümayəndə heyətinin digər üzvləri də çıxış edərək seçkilərin demokratik keçdiyini vurğulayıb, Azərbaycanda qadınların və kişilərin bərabər hüquqlarının olduğunu diqqətə çatdırıblar.

Onlar seçicilərlə yanaşı, müşahidəçilər üçün də yaradılmış şəraitdən razı qaldıqlarını bildiriblər.

 

DİGƏR Xəbərlər Arxiv