Xəbərlər
Qazaxıstan KİV-ləri: Azərbaycanda parlament seçkiləri beynəlxalq standartlara uyğun keçirilib
Qazaxıstanın “inform.kz”, “Bnews.kz” rəsmi saytlarında Azərbaycanda keçirilən parlament seçkiləri barədə məlumat dərc edilib.
Məqalədə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) müşahidə missiyasının Azərbaycanda Milli Məclisə seçkilər bağlı fikirləri yer alıb. Bundan başqa, məqalədə seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsindən, beynəlxalq müşahidəçilərin fəaliyyəti üçün bütün lazımi şəraitin yaradılmasından, habelə seçkilərə hazırlıq prosesinin yüksək səviyyədə təşkilindən də bəhs olunub. Həmçinin parlament seçkiləri zamanı 118 seçki dairəsi üzrə 1053 seçki məntəqəsində 7 min seçici arasında exit-poll keçirildiyi qeyd edilib.
Məqalədə yerli qanunvericiliyə uyğun keçirilən parlament seçkilərində hakim Yeni Azərbaycan Partiyasının inamlı qələbə qazandığı diqqətə çatdırılıb.