YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni imkanların yaranmasına səbəb

“Prezident İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanatda bildirdiyi kimi Azərbaycan Özbəkistanın sürətli inkişafını, bütün sahələrdə genişmiqyaslı islahatların həyata keçirilməsini böyük maraq və sevinclə müşahidə edir. Özbəkistanın beynəlxalq arenada imicinin ildən-ilə artmasına, iqtisadi potensialının güclənməsinə, sosial həyatın bir çox məsələsinin həll olunmasına qardaş xalq olaraq biz də sevinirik”. Bu fikirləri Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Vüqar İskəndərov qeyd edib ki, “iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olması bütün sahələrin qarşılıqlı inkişafına imkan yaradır. Bir müddət əvvəl yaradılmış birgə İnvestisiya Fondu artıq praktiki olaraq layihələrlə təmin edilib. Bu gün 10-dan çox layihə investisiya qərarlarının qəbulu mərhələsindədir. İnvestisiya Fondunun nizamnamə kapitalı 500 milyon dollardır. Energetika, mehmanxana biznesi, tikinti, kənd təsərrüfatı və bir çox digər sahələrdə artıq konkret perspektivi olan və razılaşdırılmış layihələr, imzalanmış müqavilələr var. Bu da əlbəttə qarşılıqlı investisiyaların əhəmiyyətli dərəcədə artmasına gətirib çıxaracaq. Biz qardaş dövlətin bu gün investisiyalar üçün çox cəlbedici ölkə olduğunu bilirik. İki ölkənin belə yüksək səviyyədə əməkdaşlığı isə çox yaxşı nəticələr ortaya çıxarır. Hər iki ölkə şaxələndirilmiş nəqliyyat infrastrukturunun yaradılmasına əhəmiyyət verir və əməkdaşlıq edir. Bildiyiniz kimi ölkəmiz bu istiqamətdə çox böyük işlər görür. Regionun mərkəzi hissəsinə çevrilir. Nəqliyyat qovşaqlarının Azərbaycandan keçməsi bizə böyük üstünlük verir. Bugünkü imkanları nəzərə alaraq, həmçinin gələcək layihələr baxımından Xəzərdən Azərbaycana, oradan isə Qərb istiqamətinə çıxışı olan Mərkəzi Asiya regionunda daha geniş və şaxələndirilmiş nəqliyyat infrastrukturunun yaradılmasına gətirib çıxaracaq nəqliyyat-logistika sahəsini ətraflı nəzərdən keçiririk. Cənab prezidentin də qeyd etdiyi kimi infrastrukturumuzun böyük həcmdə yükləri qəbul etməyə hazır olması baxımından layihələrimizi ikitərəfli formatda əlaqələndirməyi davam etdirməklə yanaşı, həm də qonşu ölkələrlə çoxtərəfli formatda nəqliyyat siyasətinin əlaqələndirilməsi üzrə müntəzəm dialoq və iş aparmağı da planlayırıq. Bütün bu addımlar digər sahələrdə olduğu kimi nəqliyyat sektorunda da canlanmaya və yeni imkanların yaranmasına səbəb olacaq”.

DİGƏR Xəbərlər Arxiv