YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı seçicilərlə görüşüb

Milli Məclisin deputatı Asif Əsgərov Zaqatala rayonunun Heydər Əliyev Mərkəzində seçiciləri ilə görüş keçirib.

Görüşdə seçicilərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi qanunvericiliyin tələblərinə müvafiq olaraq yerindəcə həllini tapıb, digərləri isə aidiyyəti qurumlara yönləndirilib.

Millət vəkili Asif Əsgərov, həmçinin Heydər Əliyev Mərkəzində mədəni-maarifyönümlü fəaliyyətlərlə tanış olub. Mərkəzdə uşaq və yeniyetmələr üçün təşkil olunmuş rəsm kurslarına baxış keçirən deputat gənc nəslin yaradıcı inkişafına yönəlmiş bu cür təşəbbüsləri yüksək dəyərləndirib.

DİGƏR Xəbərlər Arxiv